Cənubi Qafqazın bəzi Türk tayfaları haqqında

Məcid İsgəndəroğlu,
AMEA Arxeologiya və Antropologiya institutu elmi işçi

Əvvəlki yazılarımızda Sovetlər dövründə Qafqazın əski Türk tayfalarından biri olan Kolanlılara qarşı necə kürdləşdirmək siyasətinin aparılmasından söz edilmişdir. Oxşar
kürdləşdirmə siyasəti Kolanılarla yanaşı həmçinin bölgənin Qaraçor,Püsyan,Şadlı,Dünbülü və s. əski Türk kökənli tayfalarına qarşıda aparılmışdır.
Qaraçor və Püsyan tayfalarının Kürd kökənli olduqlarını iddia edən bəzi tədqiqatçılar ilk növbədə XVIII-ci əsrdə Osmanlı hakimiyyəti dövründə Gəncə-Qarabağ bölgəsinin gəlirmənbələrini müəyyən etmək məqsədilə tərtib olunmuş Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri adlı sənədə istinad etməkdədilər(Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Şuşa nəşriyyatı,Bakı 2000).
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri adlı sənədə gəldikdə isə burada Qaraçorlular haqqında məlumat verilərkən Qaraçorlu kürdləri Camaatı kəlməsindən istifadə edilərək onlar barəsində bu sözlər yazılmışdır: Bu camaatın təxminən dörd yüz evi olmuşdur. Əcəm (Səfəvi) dövründə xəzinəyə vergi ödəmirdi. Rəyanın malını qarət etmələrindən dolayı,yaşadıqları Keştasf və Saziz adlı iki nahiyəni xaraba qoymuş və boşluğa çevirmiş bir qisim ermənin xoşluqla və ya məcburi öz rəyalarına çevirmişlər. Üzərlərinə əsgər göndərilsədə sığnacaqlara çəkilib gizlənir və onlar üzərində qələbə çalmaq müəssər olmamışdır.

Həmin müfəssəl dəftərdə Püsyanlılar üçündə kürdləri Camaatı sözündən istifadə edilərək onlarında Qaraçorlular kimi dövlətə vergi verməkdən imtina etdikləri haqqında məlumat verilmişdir
Maraqlıdır ki,o dövrlərdə Osmanlı dövlətində Kürd və ya Ekrad kəlməsi bəzən milli etnik anlam daşımamış fitnə və fəsad törədən köçəri həyat tərzi sürən tayfalara verilən ad olmuşdur. Hətta XVI əsrdə Osmanlıda Cəzirə hakimi üsyan edərək ona tabe olmakdan imtina edən Fınık qalası hakiminə göndərdiyi məktubunda ’’ekrada karuşup fitne ve fesaddan hali değildir’’ kəlməsindən istifadə etmişdir (Osmanlı Araştırmaları XII,İstanbul 1992).Göründüyü kimi burada Ekrad kəlməsi milli etnik mənsubiyyət kimi deyil dövlətə asi olan,üsyançı,vergi verməkdən boyun qaçıran və s kimi anlamda  işlənmişdir. Müfəssəl sənədə də diqqət yetirildiyində Qaraçor və Püsyanlıların dövlətə vergi verməkdən boyun qaçıran, ona müqavimət göstərən tayfalar olmasından bəhs edilir.Onlar haqqında burada kürdləri Camaatı sözünün işlədilməsi milli kimlik kimi deyil onların yaşam tərzlərinə görə dağlıq ərazidə yaşayan dövlətə üsyançı olan tayfalar olması ilə bağlı olmuşdur.
İlk dəfə olaraq Türk runi yazılarında rast gəlinən Qaraçor kəlməsinin etimalogiyasına gəldikdə isə bu söz əski Türklərdə hərb sənəti ilə bağlı olan tituldan yaranmışdır (Кара-чор // Казахстан.
Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. IIIКара- чор // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы,
2005. — Т. III). Hələ Göy Türk Xaqanlığı zamanında hər bir eldə gənclərdən ibarət otuz oğlan adlı hərbi dəstə mövcud olmuşdur. Həmin dəstənin üzvlərinə tayfanın təcrübəli savaşçısının nazarəti altında hərbi təlimlər keçirilir,müxtəlif növ silahlardan istifadə qaydaları öyrədilirdi.Tayfanın həmin təcrübəli döyüşçüsü isə əski Türklərdə Qaraçor titulunu daşıyırdı.
Püsyan tayfasının adının etimalogiyasına gəldikdə isə bu ad əski Türk tayfalarından biri olan Bulqarların adı ilə bağlıdır.Şimali Qafqazda Bulqar Türk dövlətinin Xaqan sülaləsi nümayəndələri Basian və ya Bazian elinə mənsub olmuşlar(А.М.Байрамкулов.К Истории  Аланской Онамастики и Топонимики.Черкеск 1995). XVIII əsr Gürcü mənbələrində Qaraçay-Balkar Türklərinin bir qolu olaraq göstərilən Püsyan və ya Basian Türkləri Şimali Qafqazın siyasi etnik tarixində də mühüm rol oynamışlar. Basiani və ya Basiaşvilli kimi tanınmış Gürcü zadəgan soyları da Basian Türklərinin nəsilləri hesab olunur.
Şadlılara gəldikdə isə onların Kürd kökənli olmasını ortaya atan bəzi tədqiqatçılar Şadlı kəlməsinin Rəvvadilərin bir qolu olan Şəddadilər sülaləsinin banisi Şadi ibn Mərvanın adından gəldiyini söylüyürlər.Düzdür şad kəlməsinin bəzən Ərəbcədən əsasən ordu başçılarına, əmirlərə verilən ləqəb olan şiddədli sözündən yaranması ehtimal olunur.Lakin bununla yanaşı şad kəlməsi əski Türk idarəçilik sistemində Xaqan soyundan gələn şahzadələrə verilən titul ilə də bağlı olmuşdur. Hal hazırda Şərqi Anadolu bölgəsində yaşayan Şadlıların bir hissəsi Kürdləşsədə, Şah Şadlı adı ilə məlum olan tayfanın üzvləri isə doğma dilləri olan Türkcəni hələdə qorumaqdadılar.
Ələvi inancına malik Şah Şadılı tayfasının əcdadlarının XIII əsrdə Xorasan bölgəsindən Anadoluya köç edən Türkmən olmaqları hamıya məlumdur(H.Çoşkun.Geleneksel Alevi Sosyal Örgütlenmesi “Sivas Kanqal Türkmen Alevilerinin Örneği”Konya 2014).Hətta XIII əsr Şadılı tayfasının başçısı olan Kal Ağa isimli şəxsə aid məzar daşı üzərində ərəb hərifləri ilə Türkcə bu sözlər yazılmışdır: Mən bir zamanlar başad idim min adamın başına indi nə başadam min insanın başına (İ.Onarlı.Şeyh Hasanlı Aşiretleri Konfedrasyonu Oymak ve Obalarının Yerleşik Yorelerindeki Soylence ve İnanc Motivlerinin Nesnel ve Tarihsel Temelleri).Həmin yazıda başad kəlməsinə isə əski Türk dillərində başçı anlamını verir. Şəddadilərin də mənsub olduğu Rəvvadilərin özlərinə gəldikdə isə onlar bir zamanlar Yəmən bölgəsindən Bəsrəyə köç edən Əl-Ezdi adlı Ərəb mənşəli tayfa olmuşlar( İslam Ansiklopedisi, cilt: 35, sayfa: 36). Bəsrədən sonrakı dövrlərdə indiki müasir İran ərazisinə köç edən Rəvvadilərin əcdadları burada Fars mənşəli olan Hizbaniyə aşirəti ilə qarışaraq tədricən Kürdləşməyə (Farslaşmaya) məruz qalmışlar.
Cənubi Qafqazda o cümlədən Azərbaycan ərazisində yaşayan Dünbülü adlı tayfaya gəldikdə isə müasir dövrdə bəzi tədqiqatçılar onları Türkcə danışan Kürd əsilli tayfa olaraq qələmə verirlər.Həmin tədqiqatçıların belə bir iddia atmaqlarının əsil səbəbi isə XVI əsr Bitlis hökmdarı olan Şərəfxan tərəfindən yazılan Şərəfnamə əsərində Kürd hökmdarlıqları arasında Dünbülü adlı bir hökmdarlığın movcud olması ilə bağlıdır. Bununla belə XVII əsrdə yaşamış Osmanlı Türk səyahı olan Övliya Çələbinin “Səyahətnaməsində’’ Dünbülülər Tərəkəmə yəni Türk olaraq
göstərilmişlər.Bundan əlavə XVIII əsrin əvvələrində Səfəvi dövlətində yazılmış olan “Tuhef-i Şahı adlı” sənəddə İran ərazisində yaşayan tayfalar hahqqında məlumat verilərkən Dünbülülərin əski zamanlardan bəri Afşar(Oşar) Türklərindən sayıldığını indi isə onlardan ayrılaraq ayrıca bir tayfa olmaqlarından bəhs edilmişdir. Dünbülü sözünün mənşəyinə gəldikdə isə hələ ötən əsrin Alman tədqiqatçısı K.Hadank Dünbülü kəlməsinin Deyləmi sözü əlaqəli olduğunu söyləyərək, Deyləmlilərin isə Türkmən kökənli bir xalq olduğunu bildirmişdir(Mann O.
Mundarten der Zaza, hauptsächlich aus Siverek und Kor. Bearbeitet von Karl Hadank. B., 1932.)
Dünbülülərin Şərəfnaməyə görə Kürd hesab edilməsi versiyasına gəldikdə isə fikirimizcə bu olduqca zəif versiyadır. Belə ki,Şərəfnamə əsərinə baxıldığında burada təkcə Fars deyil, müəllif tərəfindən həmçinin Ərəb və Türk kökənli aşirətlərdə Kürd olaraq göstərilmişdir.Misal olaraq həmin əsərdə Aqilli,Haşimi, Abu Taqlib, Bəni Udabe və s kimi Ərəb mənşəli tayfaların Kürd hökmdarlıqları ərazsində yaşamaqları səbəbindən onlardan bəzən Kürd olaraq bəhs edilmişdir. Bundan əlavə əsərdə həmçinin Həkəri, İmadiyə, Cezirə, Mirdasi, Kilis, Suleymani, Sorani, Zirkan və s kimi Kürd hökmdarlıqlarının əsasının Ərəb kökənli şəxslər tərəfindən yaradıldığı qeyd olunmuşdur.Şərəfxan Bitlisi tərəfindən Şərəfnamədə Kürd olaraq göstərilən Çemişgəzək hökmdarlığının yaradıcısının Səlcuqlu Türklərinin, Gelbağı əmirliyinin isə qurucusunun Türkmən Ustaclı tayfasından olan Abbas Ağa isimli şəxs olması müəllif tərəfindən də yazmışdır. İranın Kürd aşirətləri sırasında isə Ağqoyunlu Türklərinin bir qolu olan Arapkirlu tayfasının adı çəkilmişdir. Hətta əsərdə Bitlis hömdarlığı haqqında məlumat verilərkən 1508-ci ildə Bitlis qalasına qalabəyi olaraq təyin olunan
Şahqulu isimli bir Ustaclı Türkmənlərindən olan şəxs Kürd bəyi olaraq göstərilmişdir. Bütün yuxarıda sadalanlar nəzərə alınsa o dövrdə yəni XVI-XVII əsrlərdə Kürd və ya Ekrad kəlməsi kobud Farsca danışan tayfalar ilə yanaşı,həmçinin qarlı yerlərdə dağlarda köçəri maldarlıqla məşqul olan Ərəb və Türk kökənli aşirətlərədə şamil olunmuşdur.
Yuxarıda qeyd edildiyi kimi, Şərəfnaməyə baxıldığı zaman burada müəllif tərəfindən az qalsın ki, Kürd hökmdarlıqlarının və aşirətlərinin yarıya qədərinin Ərəb kökənli olması qeyd edilmişdir.
Orta əsrlərdə yaşamış Ərəb tarixçisi Məsudi Kürdlərin başlanğıcda Ərəbcə danışdıqlarını lakin sonradan zaman içində dillərini unudaraq Farslaşan Şimali Ərəb tayfalarının törəmələri olmasını yazmışdır (A.Buran.Kürtler ve kürt dili Turkish Studies - International Periodical For The Languages, terature and History of Turkish or Turkic Volume 6/3 Summer 2011, p. 43-57,
TURKEY)
Marqlıdır ki,hələ Xilafət zamanı Kürdlər üçün gəzən rəvayətlərin birində guya ki, onların əcdadlarının bir zamanlar Suleyman Peyğəmbərin Hindistana yürüşündən sonra oradan əsir olaraq gətirdiyi pərilərlə cin tayfasının izdivacından yaranması nəql olunurdu. (KÜRTLERN KÖKENNE DAİR RVAYETLERN KELÂMÎ YORUMU -EL-KULEYNÎ, ŞEYH SADUK VE İSMAL HAKKI BURSEVÎ ÖRNEĞM ŞarkiyatİLMİ ARAŞTIRMALAR DERGİSİ) JOURNAL OF ORIENTAL
SCIENTIFIC RESEARCH (JOSR Cilt/Volume:14,Sayı/Issue:3 (Aralık/December 2022).
Sözsüz ki,bir zamanlar sami hökmdarı olmuş Süleymanın (Salamon) Hindistanda olması və oradan əsirlərin gətirməsi heç bir tarixi mənbədə əks olunmamışdı.Lakin ola bilsin ki, həmin rəvayyətin ortaya çıxışı hansısa bir real tarixi köklərə malik olmuşdur. Belə ki, həmin rəvayətdə pərilər dedikdə burada bir zamanlar m.ö.II miniliyin sonlarında daşqınlar nəticəsində indiki Hindistanın paytaxtı olan Dehlidən şimalda yerləşən Sind vadisindən köç edərək İran ərazisinə gələn Fars-İran kökənli xalqların əcdadları sayılan Parsumaş (Fars) adlı bir tayfa başa düşülə bilər.  Rəvayətdə Süleymanın cinləri məsələsinə gəldikdə isə onlarda böyük ehtimalla Ərəblərin ulu babaları hökmdar Salamonun təbələri sayılan əski Samilər olmuşlar. Sadəcə tarix boyu bir çox xalqlarda olduğu kimi Kürdlərində yaranışı məsələsi Orta əsrlərdə tədricən bir rəvayətə çevrilməyə başlamışdır. Digər tərəfdən Kürdlər Farsca danışan xalq sayılsalarda lakin onlar bir etnos olaraq formalaşmasında çoxlu sayda Ərəb elementlərinə də rast gəlmək mümkündür. İndiyənə kimi də az qalsın Kürd insanının əsas da aşirət rəsislərinin yarısı Fars deyil məhz Ərəb kökənli olduqlarını da söyləməkdədilər.
XIX əsrin sonlarından etibarən bəzi Rus-Avropa tədqiqatçıları tərəfindən heç bir linqivistik və ya etnoqrafik dəlilər olmadan ortaya atılan fərziyələrdən biri də guya ki,Kürdlərin qədim Midiya (Mada) dövlətinin yaradıcalarının nəsillərindən olması nəzəriyyəsidir.Belə bir fərziyənin  əsas tərəfdarlarından biri XX əsrin əvvələrində yaşamış və birinci dünya savaşı zamanı Osmanlı Türk torpaqlarında kürd separatizmini dəstəkləyən Rus çar agenti olan şərqşunaz alim V.Minorski olmuşdur. Belə tarixçilərin yazdığı kimi əgər müasir Kürdlər yaxın və orta şərqin siyasi həyatında mühüm rol oynamış Midiya(e.ə.VIII-VI əsrlər) kimi qədim bir dövlətin yaradıcılarının davamçıları və bu səbəbdən qədim dövlətçilik ənənələrinə malik bir etnosun təmsilçiləri olsalardı,bəlkədə Şərəfxan Bitlisi öz əsərində Türklərin əfsanəvi hökmdarı Oğuz Xaqanın Məhəmməd Peyğəmbərin hüzuruna elçi kimi göndərdiyi bəd heybətli görünüşlü Buğduz adlı kürdü Oğuzun təbəsi kimi deyil, tam əksinə Buğduzu hökmdar kimi gəstərərək Oğuzun onun təbəsi olmasını yazardı.Şərəfnamənin özünə gəldikdə isə sonrakı dövrlərdə həmin əsərin İngilis, Fransız, Rus kimi Türk düşmənçiliyi ilə seçilən imperiaların xarici maraqlarına xidmət edən tədqiqatçılar tərəfindən nə qədər doğru tərcümə olunması sual yaradır. Misal olaraq Şərəfnamənin M.Ə.Bozarslan tərəfindən Türkcəyə tərcüməsində Ustaclı Türkməni olan Abbas Ağa tərəfindən əsası qoyulan Gelbağı Kürd hökmdarlığı haqqında məlumat verildiyi halda, E.Vasilevyanın 1967-ci ildə Rus dilinə tərcümə etdiyi Şərəfnamədə Gelbağı hökmdarlığının adı belə verilməmişdir.Görünür “Kürd tarixşunaslığının” əsas kitabı sayılan Şərəfnamədə Türk izlərinə tez-tez rast gəlinməsi faktı sovet dövlətini narahat edən amillərdən biri olmuşdur. Həmin əsərdə Oğuz Xaqanın Məhəmməd Peyğəmbərə göndərdiyi elçinin Buğduz adlı şəxs olması məsələsi isə olduqca diqqətəlayiqdir. Oğuznamə dastanında və Divani luğati ət-Türk əsərində Buğduz əslində 24 Oğuz boyundan birinin adıdır. İndiyənə kimi də Türkmənlər arasında yaşayan tayfa qollarından biri Buğduz adlanmaqdadır.
Midiya, Mada, Mittani, Med kimi sözlərin etimalogiyasına gəldikdə isə hələ XIX əsrdə yaşamış F.Lenermart (Lenormant Fr. Manuel d'Histoire Ancienne de l'Orient jusqu'aux Guerres Mediques, Paris, c. II,) və N.Turbeskoy kimi dilçi alimlər bu sözlərin qədim Türk dillərində vətən, torpaq anlamını verdiyini qeyd etmişlər. Maraqlıdır ki,indiyənə kimidə Özbək Türkləri arasında yaşayan şəcərələrdən biridə Mitani olaraq adlanır.
Əsil Kürdlərin özlərinə gəldikdə isə əslində onlar etnik baxımdan Hind-Fars mənşəli deyil əski Türk tayfalarından biri olmuşlar.Belə ki, Göytürk xaqanlığı dövrünə aid (VII əsr) Yenisey çayının qollarının birinin sahilində aşkar olunmuş daş kitabələrdən birinin üzərində Kürt elinin Xaqanı Alp Uranqu adlı şəxs haqqında bu sözlər yazılmışdır: (Men) Kürt El-Kan Alp-Urangu, altunlug keşigim bantım belde, El’im, tokuz-kırk yaşım. ( KÜRTLERĠN TÜRKLÜĞÜ Tarih, Dil, Antropoloji, Etnografya, Etnoloji, Milli Destanlar, Gelenekler ve Folklor bakımından incelemeler Prof Dr. Fahrettin Kırzıoğlu, 1995 İstanbul). VII əsrə aid əski Türkcə yazılmış bu sözləri müasir Azərbaycan Türkcəsinə çevirilməsi bu şəkildədir: Mən Alp Uranquyum.Qızıldan düzəldilmiş oxluğumu belimə bağladım, otuz doqquz yaşımda öldüm. Göründüyü kimi həmin daş kitabədə Sibirin əski Türk boylarından biri olan Kürd adlı bir El və həmin elin Xaqanı haqqında məlumat verilir.Maraqlıdır ki,indiyənə kimi də müasir Qazax və Qərbi Sibir Türkləri arasında Kürdok adlı tayfa mövcuddur.Bundan əlavə Macar Türkləri arasında olan qollardanbiridə Kürd adlanmaqdadır.Görünür əski zamanlarda Kürd adlı Türk tayfası Sibirdən tutmuş, Mərkəzi Asya, Cənubi Qafqaz, Şərqi Anadolu kimi geniş bir ərazilərdə yaşamışlar. Ola bilsin ki, əski Türk tayfalarından biri olan Kürdlər yaxın və orta şərqin siyasi həyatında Qordi və ya Qurd adı altında tanınınaraq, hələ Xəlifə Ömərin zamanından bəri Xilafət ordularının əsasən ağır və yüngül silahlanmış atlı ordularını təşkil edərək İslamın Sasani və Bizans üzərində qələbəsini təmin etmişlər. Belə ki,əsasən səhra ərazilərdə yaşayan və bu səbəblə təsərüfatında heç cür yolla coxlu sayda at saxlamaq imakını olmayan Ərəblərin birdən birə Sasani və Bizans ordusuna qarşı aparılan savaşlarda coxlu sayda süvari birliklərələ təmsil olunması faktı olduqca maraqlıdır. Kürd kəlməsinin etimalogiyasına gəldikdə isə tanınmış macar alimi Y.Nemet bu sözün əski Türk dillərində qar yığını anlamını verdiyini bildirmişdir. Hələ XII əsrdə Mahmud Qaşqari tərəfindən yazılan Divani luğati ət-Türk əsərində Kürd sözünün mənasının Türk dillərində qar yığını və ya qayın ağacı mənaları daşıdığı qeyd olunmuşdur(Ali.Nazim. Çora.“Kürtler
Türkmüdür”, Atayurt, Ankara 2020).Göründüyü kimi Kürd sözü Türk dillərində qarlı əl çatmaz yerdə yaşayan insan anlamını verir. O ki, qaldı ilkin Kürdlər Türk kökənli xalq olduqları halda sonradan bu adın hansı səbəbdən indiki müasir Farsca danışan bir xalqla əlaqələndirilməsi məsələsinə gəldikdə isə belə hal tarixi baxımdan bir çox xalqlardan da yan keçməmişdir.Misal
olaraq Orta əsrlərdə bütün Avropada Rus dedikdə hər kəs tərəfindən German mənşəli Skandinaviya tayfaları başa düşülürdü.IX əsrdən etibarən bir zamanlar Xəzər xaqanlığına daxil olan müasir Rusiya ərazisini ələ keçirən həmin Rusların nəsilləri tədricən Bizans Ortodoks kilsəsinin təsiri ilə tam olaraq slavyanlaşmışlar.Bilindiyi kimi müasir zamanda artıq Rus kəlməsi şərqi Slavyan millətlərindən birinə şamil edilir.Digər oxşar tarixi fakt isə bir zamanlar Avropa tarixində iz qoymuş Avar Türkləri ilə də bağlıdır.Hələ XVIII əsrdə yaşamış İngilis Teoloq  Dinşunas alim olan E.Hibbon bir zamanlar Avar Türklərinin Avropaya köç edərək Panoniya və Bavariya ölkələrinin əsasını qoyduğunu yazmışdır. E.Hibbon sonrakı dövrlərdə Avarların Franklardan məğlubiyyət aldıqdan sonra Dağıstana dağlıq bölgəyə köç edərək burada tədricən yerli qeyri-Türk əhalisi ilə qarışdıqlarını da bildirmişdir. İndiki zamanda Avar dedikdə bir çox insan tərəfindən artıq Türk deyil Nax-Dağıstan kökənli bir xalq başa düşülür. Hal hazırda şimali-qərbi Qafqazda Çərkəzlər adlanan bir xalqın yaşaması hamıya məlumdur.Lakin Çərkəs sözü əslində Adıq-Abazin mənşəli deyil Türk kökənli İti(kəs) Əsgər(çəri) sözündən yaranmışdır. Əsil Çərkəs və ya Çerkaslara gəldikdə isə onlar Ukraynalıların və Cənubi Rusların formalaşmasında iştirak etmiş Kuman-Qıpçaq Türklərinin bir qolu olmuşlar.
Ümumiyyətlə Kolanı, Püsyan, Qaraçor, Dünbülü, Şadılı, Şotlanlı və s kimi əski Türk kökənli tayfaların etnik baxımdan müasir Farsdilli Kürdlərə bağlamaq səbəblərindən biri kimi 1923-29-сu illərdə Moskva tərəfindən Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər ərazilərinin ’’kürdüstan qəzası’’ və ya ’’qırmızı kürdüstan’’ adı altında vahid inzibati ərazi vahidliyində birləşdirilməsi siyasəti ilə də bağlı olmuşdur.Hələ ötən əsrin 20-ci illərində həmin qondarma əraziyə ezam olunmuş tarixçi, etnoqraf alim olan A.Bukşpan bölgədə Moskva tərəfindən aparılan kürdləşdirilmə siyasəti ilə bağlı maraqlı faktları ortaya qoymuşdur (Букшпан А. Азербайджанские курды. Лачин, Кельбаджары, Нахкрай (Заметки). -Баку: Азерб. гос. науч.-иссл. ин-т., 1932). Belə ki, A.Bukşpan "qırmızı kürdüstanın" əsas əhalisinin milliyyətcə Türk olduğunu bildirmiş, lakin bəzi Türk kökənli şəxslərin məcburiyyət qarşısında öz mülk və ya var dövlətlərini qorumaq üçün bəzən isə vəzifə xətirinə necə öz milliyətlərini şəxsiyyətdə dəyişərək kürd yazdırmaqlarından da bəhs etmişdir. Elə bu səbəbdən hələ ötən əsrin 20-ci illərindən etibarən el arasında əsasən də Qarabağın Aran bölgəsi əhalisi tərəfindən Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı ərazilərində yaşayan əhalinin ünvanına elə-belə və ya qıcır-mıcır kürd ifadələri işlənməyə başlamışdır. Burada elə-belə kürd dedikdə əslində ana dili və milliyyəti Türk olan lakin bölgəyə əsasən kürd adlandırılan əhali, qıcır-mıcır kürd dedikdə isə danışdığı dili anlaşılmayan Kürdcənin daha doğrusu Farscanın Qurmancı ləhçəsində danışan miliyyəti əsil Kürd olan insanlar başa düşülürdü. Hətta ötən əsrin 80-ci illərinə kimi də əsasən Qararabağın düzən bölgəsinin yaşlı nəsli arasında həmin ərazilərdən gələn insanın milli kimliyini bilmək üçün ona elə-belə və ya qıcır-mıcır kürd olması sualını da verərdilər.
Qərb və o cümlədən əsasəndə sovet tarixşunaslığında Kolanı, Şadlı, Dünbülü, Püsyan, Qaraçor və s. kimi qədim Türk ellərinin etnik açıdan Fars-Hind kökənli Kürdlərə bağlamaq nəzəriyyəsinin kökündə Azərbaycanlıları öz Türk keçmişlərindən ayırmaq məqsədi durmuşdur. Sovet dövründən ortaya atılan heç bir elmi əsası olmayan həmin nəzəriyənin tərafdarları qeyd edirlər ki, guya Qafqaz o cümlədən Azərbaycan ərazisi XI əsrdən etibarən Səlcuqlu yürüşləri ilə əlaqədar olaraq Türkləşməyə məruz qalmışdır. Lakin Səlcuqlu yürüşləri nəticəsində Azərbaycan ərazisində yaşayan Fars kökənli Tatların,Talışların, Kürdlərin və ya Nax-Dağıstan mənşəli Avar, Ləzgi və s kimi xalqların əcdadlarının deyil niyə məhz Azərbaycanlıların əcadadlarının Türkləşməyə məruz qalması sualının cavablandırması məsələsinə gəldikdə isə həmin nəzəriyənin tərəfdarları sanki bunu görməzdən yana gəlirlər.