“Bəşər Əsədin Türk dünyasına qarşı antipatiyası vardı”

İstər Suriya olsun, istər Livan olsun, istər Fələstin olsun burada yaşayan ermənilər tarixən türklərə qarşı aqressiv davranıb, böyük güclərin əlində alətə çevrilərək həmişə türklərə, Osmanlı dövlətinə qarşı fəaliyyət göstəriblər. Təbii ki, xüsusilə Suriya erməni terror təşkilatlarının müxtəlif qanadlarının həm ideoloji cəhətdən, həm siyasi, həm də hərbi baxımdan bir düşərgə mənbəyi olub”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib.

Siyasi ekspert qeyd edib ki, Suriyada terror təşkilatları formalaşıb, oradan Ermənistana transfer olunub, həmçinin dünyaya səpələnərək Azərbaycana, türk diplomatlarına, türk dövlətinə qarşı terror təxribatları törətməkdə fəal olublar: “Bir məsələni də qeyd edim ki, Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyan da Suriya mənşəli ermənilərdən olub və onun hakimiyyəti dövründə də Azərbaycana qarşı həm torpaqların işğal olunmasında, həm də terror fəaliyyətində Ermənistan dövləti və onların siyasi hakimiyyətinin xüsusi əli olub”.

A.Məsiyev həmçinin vurğulayıb ki, Bəşər Əsəd Suriya dövlətinə rəhbərlik etdikdə, xüsusilə Türk dünyasına qarşı bir antipatiyası vardı: “Suriya ərazisində PKK-nın formalaşması və orada düşərgə salması, Suriya ərazisindən Türkiyənin daxilində pozuculuq işləri aparılması faktları kifayət qədərdir. Ümumilikdə, Ermənistanla Suriya arasında həm siyasi, həm də bir ideoloji yaxınlıq var idi. Cənubi Qafqazda da Ermənistanın apardığı siyasət birmənalı şəkildə beynəlxalq aləmə aşkardır. Ümumən, Suriyada ermənilərin kompakt şəkildə yaşaması və orada onların fəaliyyətinə dövlət səviyyəsində şərait yaratmaq, onların terror qruplaşmalarına göz yummaq bu, açıq şəkildə Suriyanın ermənilərə qarşı bir simpatiyasıdır”.

Röya İsrafilova