Moskva şəhərinin Preobrajenskaya metrocunun yaxınlığında, “Preobrajenskaya ploşad dom 7” ünvanında yerləşən “Xingalnaya” kafesi, təkcə mətbəxiylə deyil, ürəkaçan atmosferi, həm də sahibinin xüsusi qonaqpərvərliyilə seçilir. Bu kafe, Şamaxı şəhərindən olan Ramiz Eyvazova məxsusdur və burada onun qardaşları – Nadir, Valeh və Elşəninn mehribançılığı sayəsində çox sevilən bir məkana çevrilib. Kafedə təqdim olunan ləzzətli gürcü mətbəxi, hər bir dad sevər üçün əsl bir bayramdır. Həmçinin, bu kafe əsl dostluq və mehribanlıq nümunəsidir, çünki buradakı atmosferin əsasını yalnız yüksək keyfiyyətli yeməklər deyil, həm də qonaqlara olan xoş münasibət, diqqət və qayğı təşkil edir.
Ramiz Eyvazov 15 ildən çoxdur ki, Şamaxıdan gəlmiş bir iş adamıdır və sözügedən kafenin idarəçiliyini hələlik yaxın qohumlarına etibar edib. Onun qardaşları Nadir, Valeh və Elşən də Ramizlə birlikdə bu işdə fəaldır və hər biri öz bacarıqları ilə kafenin fəaliyyətinə dəyərli töhfələr verir. Bu qardaşlar, qonaqları ilə sadə, amma çox mehriban şəkildə ünsiyyət qururlar, müştəri məmnuniyyətinə xüsusi önəm verir və hər bir ziyarətçini öz evlərində kimi qarşılayırlar.
Kafenin içərisindəki atmosfer də bu mehriban münasibətləri əks etdirir. Burada qonaqlar kafenin yalnız ləzzətli yeməkləri ilə deyil, həm də qardaşların isti münasibətləriylə qarşılanırlar. İnsanlar burada təkcə yemək yemir, həm də dostlar qazanırlar, hər kəs özünü çox sərbəst və rahat hiss edir.
“Xingalnaya” kafesi, xüsusilə gürcü yeməklərindən ibarət olan zəngin mətbəxi ilə məşhurdur. Kafenin aşpazı da gürcü mənşəlidir və onun hazırladığı yeməklər, mətbəxin hər bir incəliyini və xüsusi dadını özündə cəmləyir. Kafedə təqdim olunan yeməklər arasında ən çox tanınanlardan biri, gürcü mətbəxinin ən sevimli yeməklərindən biri olan xaçapuri və xingalidir (gürcü mantısı). Buradaca qeyd edim ki, kafedə adını yadımda saxlaya bilmədiyim xeyli gürcü yeməkləri də var. Ramiz də zarafatla deyirdi ki, mən özüm 15 ildir onların adını yadımda saxlya bilmirəm. Bu yeməklər təkcə gözəl dadı ilə deyil, həm də xüsusi hazırlıq qaydası ilə diqqət çəkir. Təbii və keyfiyyətli ədviyyatlar yeməklərin dadını daha da zənginləşdirir. Amma istiotdan o həddə çox istifadə edirlər ki, Səid Bakıda da istiot barəsində danışır.
“Xingalnaya” kafesi, yalnız dadlı yeməkləri ilə deyil, həm də xüsusi qonaqları ilə də tanınır. Burada məşhur ekstrasens Zirəddin Rzayevlə də görüşdük və İlkxeber.org saytına müsahibə aldıq. Bu müsahibədə, o, çox maraqlı fikirlərini bizimlə bölüşdü. Zirəddin Rzayev də “Xingalnaya” kafesində isti və dost atmosferin hökm sürdüyünü, insanın ruhunun rahatlatdığını və burada insanın özünü daha yaxşı hiss etdiyini vurğuladı. Kafedəki təbii atmosferin və qonaqpərvərliyin insanlara çox müsbət təsir göstərdiyini qeyd etdi. Onun fikrincə, kafe hər bir müştəriyə yalnız dadlı yeməklər təqdim etməklə qalmır, həm də insanlara səmimi münasibətlərini və dostluq havasını ötürür. Kafenin zəngin gürcü mətbəxi, burada təqdim edilən xidmət və müştəriyə göstərilən diqqət, bu məkanı Moskva şəhərində ziyarət etmək üçün vacib yerlərdən biri edir. Burada insanlar sadəcə yemək yemir, həm də çox unudulmaz bir gün yaşayırlar.
“Xingalnaya” kafesində çoxillik dostum, əslən Zərdab rayonundan olan məşhur tamada Vəliyulla Qasımlı ilə də gözəl bir gün keçirdik. Onun səsləndirdiyi şeirlərə həvəslə qulaq asdıq, ruhumuz təzələndi. Vəliyulla müəllim bütün tədbirlərdə olduğu kimi burada da möhtəşəm çıxışlar edərək, bizi əməəli başlı ovsunladı. Onun səsləndirdiyi şeirlər özündə dərin məna ehtiva edir.
Vəliyulla Qasımlı, Zərdab rayonunun qədim və gözəl kəndlərindən birində doğulub. Onun dediyi şeirlərdə insanların hisslərinin və həyatın rəngarəngliyinin təsvirinə rast gəlmək mümkündür, xüsusən də ruhu oxşayan, dinləyənləri dərindən düşündürən bir fəlsəfi avazı var. Həmin şeirlər, həm də Azərbaycandan uzaqda yaşayan hər bir insanın həyatında dərin izlər buraxan, emosional və həyat dolu məzmunla zəngindir. Hər bir şeirdə insanlara həyatın sadə, amma gözəl tərəflərini sevgi hissi çatdırmaq istəyir.
Vəliyulla Qasımlı yalnız bir tamada kimi deyil, həm də usta qiraətçi kimi hər bir tədbirin və məclisin yaraşığıdır. Onun məclislərdə səsləndirdiyi şeirlər, sanki tədbirə gələn hər bir insanı daha yaxından tanımaq, onların hisslərinə toxunmaq və onları bir anlıq başqa bir dünyaya aparmaq üçündür.
Yekun olaraq qeyd edim ki, “Xingalnaya” kafesi, yalnız yemək və içkilərlə dolu bir yer deyil, həm də insanların duyğularını paylaşa, ənənələrimizi və mədəniyyətimizi yaşada biləcəyi doğma bir ünvandır.
© 2020 - Created by İLK XEBER.