Beynəlxalq Qalereyada Aygün Əzizovanın layihə rəhbəri olduğu "Novruz Çərşənbələri " adlı master-klass təşkil olundu. Master-klasda "EDUGRATA" tədris mərkəzinin müəllimi Şəbnəm Nəbiyevanın tələbələri iştirak edirdi. Master-klası ADRA - nın müəllimi Zinaida Mirzəzadə aparırdı. Gənc rəssamlar gildən hazırlanmış yaz mövzusunda fiqurlar üzərində rəngkarlıq texnikasının sirlərin öyrəndilər. Master-klası açıq elan edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçılara uğurlar arzuladı.
Sonda iştirakçılara diplom və kiçik hədiyyələr təqdim olunub xatirə fotoları çəkildi.
Aygün Oqtay
Fotolar Ayazındır
© 2020 - Created by İLK XEBER.