Seçicilərlə ötən bir gün...

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanovun martın 15-də Salyan rayonunun Peyk kənd tam orta məktəbinin binasında Birinci Varlı, İkinci Varlı və Peyk kəndlərinin sakinləri ilə görüşü keçirilib.
Görüşdə ilk olaraq sakinlərin şikayət və problemləri dinlənilib. Sakinlər əsasən kəndin yol, tibb məntəqəsi, məscidin qazlaşdıırlması və şəxsi məsələlər olub.  Digər əsas məsələ kimi kənd camaatı mal-heyvanlarının örüş sahəsinə aparılmasında üzləşdikləri çətinliyi dilə gətiriblər. Bildirildi ki, kənd camaatı mal-heyvanlarını otlar sahəsi kəndin ərazisindən keçən kanalın digər tərəfinə aparmaq üçün kilometrlə yol qət etməli olurlar.  Hətta bəzi sakinlər yaşanan problemə görə, öz heyvanlarını satmalı olub.
Seçicilər deputatdan həmin kanal üzərində mal-heyvan üçün körpünün salınmasında yardımçı olmağı xahiş ediblər. O da qeyd olundu ki, kanal üzərində zamanında körpü olub, lakin zaman keçdikcə köhnəldiyindən dağılıb.
Deputat Sadiq Qurbanov görüşdə qaldırılan məsələlərin həllində müvafiq qurumlar qarşısında qaldırıcağına və   rəsmi məktubla müraciət edib həll olunmasına  yardımçı olacağına söz verdi.
Seçicilərlə görüşdə  deputat Sadiq Qurbanov eyni zamanda seçicilərin ölkədə həyata keçirilən sosial-iqtisadi  sahədəki siyasət və islahatlar,  vətəndaşların sosial müdafiəsinin güləndiirlməsi istiqamətində atıan addımlar, Ermənistan-Azərbaycan arasındakı sülh sazişinin imzalanması istiqamətində gedən danışıqlarla bağlı suallarını da  cavablandırdı.
Yekunda sakinlər belə bir isti və səmimi şəraitdə keçən görüşə görə deputat öz minnətdarlığını bildidilər.