Martın 14-də Beynəlxalq Qalereyada Binəqədi rayonu 333 saylı tam orta məktəbin 8-ci sinif şagirdi, istedadlı yeniyetmə rəssam Qarabağ qazisi Kərəm Məcidovun qızı Günal Məcidsoyun "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Vətənim Azərbaycandır" adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olundu. Qeyd edək ki, sərginin layihə rəhbəri Aygün Əzizovadır. Sərgidə 25 ədəd müxtəlif texnikalarda Ulu Öndər Heydər Əliyevin silsilə portretləri və 35 ədəd təbiət mövzusunda əsərləri nümayiş olunurdu. Rəssam öz bacarığını həm portretdə, həm təbiət mənzərələrində, həm də natürmortda uğurla təqdim edir.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova yeniyetmə rəssam Günal Məcidsoyun illərdir göz önündə peşəkarlığa doğru irəlilədiyini, əzmlə çalışaraq ökkədaxili və beynəlxalq sərgilərdə, etüdlərdə fəal iştirak etdiyini və uğur qazandığını bildirdi .
Günalın anası Sevinc Məcidova Beynəlxalq Qalereyanın əməkdaşlarıına gözəl sərgi üçün təşəkkür etdi. Övladının 5 yaşından rəsm çəkdiyini bildirdi və müəllimləri rənglərin ahəngində mövzu axtarışları olduğunu söyləmiş Günalın bu sahədə gələcəkdə uğur qazanacağından əmin olduqlarını bildirmişdilər. Bu gün də qızı ilə fəxr etdiyini bildirdi. Uğurlar arzuladı.
Sərgidə fəxri qonaq olan ADRA - nın müəllimi Zinaida Mirzəzadə çıxışında Günal Məcidsoyun uğurlu gələcəyi olacağını bildirdi və hədiyyə olaraq antik gümüş üzük hədiyyə etdi. Gənc rəssamı Beynəlxalq Qalereya adından diplomla təltif etdi. Sonda xatirə fotoları çəkildi.
Müxbir: Aygün Oqtay
Fotolar: Camal;nd;r
Operator: Xatirə Məmmədova
© 2020 - Created by İLK XEBER.