Yardımlı rayonunda Milli Qəhrəman Bəhruz Mansurovun xatirəsinə həsr edilmş şahmat turniri keçirilib.
İlkxeber.org xəbər verir ki, Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən təşkil olunan turnirin qalibləri martın 13-də - şəhidin anım günündə mükafatlandırılıblar.
Qızlar arasında I yerə 1saylı tam orta məktəbin 6-cı sinif şagirdi Firuzə Rəcizadə çıxıb. II yeri 1saylı tam orta məktəbin 6-cı sinif şagirdi Zəhra Ağazadə, III yeri isə 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Səma Abdulzadə tutub.
Oğlanlar arasında isə I yerə 2 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əli İsmayıllı, II yerə 1 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Sənan Rəcizadə, III yerə isə 1 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Rza Lətifli çıxıb. IV yeri 1 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Murad Bədirzadə, V yeri 2 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Atilla İskəndərli tutub.
Yarışı məşqçi müəllimlər Rauf Mirzəyev, Elşən Məmişov, Yusif İsmayılov, Bakir Şabiyev və Vüqar Cahangirov idarə edib.
Xatırladaq ki, Milli Qəhrəman Bəhruz Mansurov 13 mart 1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində anadan olub. 1995-ci ildə baş verən Mart hadisələri zamanı - martın 16-da şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Bəhruz Qəhrəman oğlu Mansurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Onu da qeyd edək ki, Milli Qəhrəmanı Bəhruz Mansurovun anım günü ilə əlaqədar Yardımlı rayonunda bir sıra tədbirlər də keçirilib. Əvvəlcə onun oxuduğu Telavar kənd orta məktəbində görüş olub, həmçinin büstü qarşısında tədbir keçirilib.
Dövlət Sərhəd Xidməti əməkdaşları Milli Qəhrəmanın məzarını ziyarət ediblər, onun doğulduğu və böyüdüyü evdə Xatirə otağının açılışında iştirak ediblər. Günün sonunda Milli Qəhrəmanın adına ehsan süfrəsi açılıb.
Allah rəhmət eləsin!
© 2020 - Created by İLK XEBER.