İsa Məsihin heykəlinə maska “taxıldı” - VİDEO

Rio-de-Janeyroda İsa Məsihin heykəlinə maska “taxılıb”. Bu barədə RT video yayımlayıb.

Bundan başqa, abidə #mascarasalva (“maska xilas edir”) sözü ilə işıqlandırılıb. Turistik məkanın özü bir aydan artıqdır ki, ziyarət üçün qapalıdır.
 

Son məlumatlara görə, Braziliyada 108 620 yoluxma qeydə alınıb. Koronavirusdan 7 367 nəfər ölüb, 45 815 nəfər isə sağalıb.