PKK-nı özünü burxmağa məcbur edən Türkiyə hakimiyyətinin fəaliyyəti qiymətləndirilməlidir

"Son günlər gündəmi zəbt edən əsas məsələlərdən biri olan terror təşkilatı PKK-nın özünu buraxaraq siyasi və hüquqi yolla fəaliyyət göstərəcəyini bəyan etdikdən sonrakı təhlillərdə olan narahatlıqları başa düşmək olar". Bu fikirlər sabiq millət vəkili Qulamhüseyn Əlibəyliyə məxsusdur.
Q.Əlibəyli hesab edir ki, PKK indiyə qədər siyasi və hüquqi yolla fəaliyyət göstərən qurum yox, silahlı terror təşkilatı olub. Onun üzvləri xaincəsinə saldırı yapmaq, terror artları törətmək, dinc insanları öldürmək, qan tökmək Türkiyənin ərazi bütövlüyünü zorla dəyişdirməyə cəhd etmək və s. bu kimi cinayətlərdən başqa heç nə bacarmayıblar. Hətta bu hörgütün siyasi qanadı hesab olunan partiyaların və Türkiyə parlamentində millət vəkili kimi təmsil olunan şəxslərin də fəaliyyəti Türkiyənin ümumdövlət maraqlarından daha çox PKK-nın seperatçı-terrorçu maraqlarını müdafiə etməyə yönəlib. Bütövlükdə PKK təxminən yarım əse müddətində regionda siyasi sabitliyi pozan, region, xüsusən də Türkiyənin milli təhlükəsizliyini əsaslı şəkildə təhdid edən bir güçə çevrilə bilmişdi: "Burada həm də bəzi məqamları qeyd etmək vacibdir. Birincisi, PKK-nın özünü buraxmaq qərarında bu hörgüt öz terror fəaliyyətini kürd məsələsini demokratik yolla həll səviyyəsinə gətirib çıxaran mübarizə və tarixi missiya kimi qiymətləndirir. İkincisi, bir neçə il bundan əvvəlki “demokratik kürd acılımı” prosesindən bu hörgüt öz qanlı terror fəaliyyətini daha da genişləndirmək üçün istifadə etdi".
 
 
Sabiq millət vəkilinin fikrincə, ona görə də bu hörgütün və onun üzvü olan şəxslərin silahları təhvil verərək normal sivil fəaliyyət yoluna qayıdacaqları çoxlarına haqlı olaraq inandırıcı görünmür. Lakin burada PKK-nın əleyhinə olan müəyyən məqamlar da nəzərə alımalıdır. Belə ki, Ərdöğan başda olmaqla bütövlükdə Türkiyə hakimiyyətinin həyata keçirdiyi ardıcıl siyasi xətt, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin sərt və uğurlu əməliyyatları yeni siyasi və hərbi reallıqlara gətirib çıxarmışdır. İndi PKK-nın təsir imkanları əhəmiyyətli dərəcədə azalmış, Türkiyə daxilində demək olar ki, yox dərəcəsinə enmiş, Suriya, iraq və digər ərazilərdə isə sarsıdıcı zərbələr almışdır. Bu vaxta qədər PKK-nı dəstəkləyən, ondan Türkiyəyə qarşı təzyiq gücü kimi istifadə edən dövlətlər də bir qədər geri çəkilmiş kimi görünürlər. "Buna görə də PKK-nı silahı yerə qoyaraq özünü burxmağa məcbur edən Türkiyə hakimiyyətinin fəaliyyəti müəyyən risqlərlə əlaqədar olsa da həqiqətən tarixi bir fəaliyyət kimi qiymətləndirilməlidir"-deyə Q.Əlibəyli bildirib.