Beynəlxalq Qalereyada Yasamal Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu "Təbiətin Nəfəsi" adlı sərgi təşkil olundu. Sərgidə "UĞUR ART Life"ın rəhbəri Jalə Məhyəddinova və " ST Studionun " rəhbəri Tünzalə Mübariz tələbələri ilə iştirak edirdilər. Sərgidə 50 nəfər yeniyetmə və gənc rəssam iştirak edirdi. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib əsərlərin bir-birindən gözəl olduğunu bildirdi. Sərgidə fəxri qonaq olaraq Yasamal Heydər Əliyev Mərkəzinin əməkdaşı Arifə Mustafayeva , ADRA - nın müəllimi Zinaida Mirzəzadə və XeberTime.az portalının rəhbəri Yeganə Telmanqızı iştirak edirdilər . Rəssamlara diplom və kiçik hədiyyələr təqdim olundu. Sonda xatirə fotoları çəkildi.
Müxbir: Aygün Oqtay
Fotolar Ayazındır
© 2020 - Created by İLK XEBER.