Argentina üçüncü dəfə dünya çempionu oldu - FOTO

Argentina Qətərdə keçirilən dünya çempionatının finalında Fransanı penaltilər seriyasında məğlub edərək üçüncü dəfə kuboku qazanıb. 

Görüş bazar günü Lusail şəhərindəki Milli Stadionunda baş tutub. 

Əsas vaxt və əlavə iki hissə 3:3 hesabı ilə başa çatıb. Argentinalıların qollarını Lionel Messi (23-cü dəqiqə, penalti zərbəsi, 108-ci) və Anxel Di Maria (36-cı) vurub. Fransalı het-triki Kilian Mbappe (80, penaltidən, 81, 118, penaltidən) vurub. Penaltilər seriyası 4:2 hesabı ilə Argentinanın xeyrinə başa çatıb. 

Argentina millisi üçüncü dəfə dünya çempionatının qalibi olub. Bundan əvvəl argentinalılar 1978 və 1986-cı illərdə turnirin qalibi olublar. Fransızlar 1998 və 2018-ci illərdə dünya çempionu olublar. Titulların sayına görə rekordçu Braziliya millisidir (beş dəfə), italyanlar və almanlar dörd dəfə turnirin qalibi olub, uruqvaylılar iki dəfə, ingilislər və ispanlar hərəyə bir dəfə çempion olublar.