Futbolumuzun ŞAHİNİ…

Onunla ilk dəfə 2009-cu ildə Yardımlının peşəkar futbol komandasının yaradılması ilə bağlı müzakirələr aparmaqdan ötrü görüşmüşdüm. Xeyli müzakirələrdən sonra məlum oldu ki, buna görə böyük maddi vəsait tələb olunur. Məşqçilərin məvacibi, komanda üzvlərinin maaşı üçün büdcə yaradılmalı, avtobus, uniforma və s. ləvazımatlar alınmalıydı. Bir sözlə, ildə təxminən 150 min manat civarında pul lazım idi. Bu məbləği isə yerli iş adamlarından əldə ətmək çox çətin idi. O vaxt xalq şairi, rayondan deputat seçilmiş Sabir Rüstəmxanlının yanında da olduq. Məsləhətləşmlərdən sonra qərara gəldik ki, biz hələ buna hazır deyilik...
Həmin ilin yayında mən, haqqında söhbət açdığım Şahin Diniyev, Nazim Süleymanov və Arif Əsədov bir araya gəlib Yardımlıya yollandıq. Həmin vaxtlar rayonun polis rəisi Şamil Seyidli polis günü ilə əlaqədar futbol yarışı keçirirdi. Elə alındı ki, qaliblərin mükafatlandırılma mərasiiminə də qatılmalı olduq və I,II,III yerləri tutan komandalara kubokları onlar təqdim etdilər...
Bu gün- iyulun 12-si Şahin Diniyevin doğum günüdür. Şahin 1966-cı ildə Beyləqan rayonunda dünyaya gəlsə də əslən bizim dağlardan- Yardımlı rayonunun Telavar kəndindəndir. Bir vaxtlar Azərbaycan milli futbol komandasının baş məşqçisi olub.
Şahini növbəti ad günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram.
57 yaşın mübarək, eloğlu!


Elman Eldaroğlu