Dünya müftilərinə həsr olunmuş yeni kitab çapdan çıxıb

“Dünya müftiləri” adlı bu kitab dünya müftiləri haqqında məlumatları özündə ehtiva edir

Bugünlərdə “Dünya müftiləri” adlı yeni kitab çapdan çıxıb. Oxuculara təqdim olunan bu kitab Osmanlı imperiyasından başlayaraq 2020-ci illərə qədər islamın yayıldığı ərazilərdə yaşamış dünya müftiləri haqqında məlumatları özündə ehtiva edir. Bu əsərdə dünyanın ayrı-ayrı regionlarında yaşayan müftilərin həyatı, yaradıcılıqları, tutduqları vəzifələri, iş yerləri və s. ilə tanış olmaq mümkündür. Oxucuların nəzərinə çatdıraq ki, “Dünya müftiləri” adlanan bu əsər ilk dəfə olaraq yeni formatda hazırlanmışdır.

Müftilər haqqında materiallar həm Osmanlı sənədlərinin, həm ərəbdilli kitabların, həm Avropa mənşəli kitabların və s. materialların əsasında tərtib edilmişdir. Kitab ilahiyyat sahəsində, habelə tarix, ədəbiyyat, din və s. ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, kitabın tərtibçiləri AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mirzə Ənsərli və AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlıdır.

Səid Əhmədli