"Qarabağ"ın zədəli futbolçusu Marko Veşoviç hansı oyunlarda iştirak etməyəcək?

“Qarabağ”ın zədəli futbolçusu Marko Veşoviçin son durumu müəyyənləşib.

İlkexeber.org  Qol.az-a istinadən xəbər verir ki, son tibbi müayinədən keçən 32 yaşlı müdafiəçinin ən azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Həkimlərin tövsiyəsinə əsasən, Veşoviç avqustda keçiriləcək oyunlarda iştirak etməməlidir. Bu isə o deməkdir ki, monteneqrolu oyunçu Azərbaycan Premyer Liqasında qarşıdakı 4, “Rakov”la matçlar da daxil olmaqla isə avqust ayında avrokuboklardakı 5 matçı buraxmalı olacaq (mümkün qarşılaşmalar: ən yaxşı halda ÇL-də üçüncü mərhələnin və “pley-off”un görüşləri, ən pis halda Avropa Liqasında üçüncü və Konfrans Liqasında “pley-off”un oyunları).

“Qarabağ”ın “Rakov”la oyunda zədələnən müdafiəçisi Elvin Cəfərquliyevin durumu isə ciddi deyil və o, cavab matçında meydana çıxa bilər.

Qeyd edək ki, Marko Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakov”la ilk oyundan (2:3) əvvəl Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə almışdı.