Qarabağdakı erməni separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yükünün Xankəndiyə çatdırılmasını əngəlləmək üçün Ağdam-Xankəndi yolu üzərində, Əsgəran yaxınlığında etiraz aksiyası keçirirlər.
Görüntülərdən aydın olur ki, onlar faktiki olaraq yolu bloklayıblar. Guya Xankəndidə "humanitar fəlakət" yaşandığını dünyaya car çəkən ermənilərin ərzaq yükünün məhz Azərbaycandan gəlməsinə maneçilik törətməsi rasizmdir və bu davranış beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınanmalıdır.//APA
© 2020 - Created by İLK XEBER.