Bu gün hadisələr Azərbaycanın maraqlarına uyğun həyata keçirilməlidir - Politoloq

“Hazırda Azərbaycanın 8 kəndi Ermənistan işğalı altındadır. İki dövlət arasında sərhədlərin müəyyən edilməsi üçün ortaq razılığa gəlinməlidir. Hansı xəritə ilə sərhədlərin müəyyən edilməsi və dəqiqləşdirilməsi prosesi həll olunacaq? Hesab edirəm ki, gələcəkdə sülh sazişi əldə ediləcəksə, öncədən bu xəritənin müəyyən hansı xəritə ilə gələcəkdə sərhədlərin müəyyən edilməsi hər biri öncədən razılaşdırılmalıdır. Ermənistan özlərinin maraqlarına uyğun 1970-ci ilin xəritəsini gündəmə gətirir. 1970-ci ilin xəritəsi hansı əsaslarla qəbul edilməlidir? Azərbaycan öz müstəqilliyini bəyan edəndə açıq şəkildə qeyd edib ki, biz 1918-ci il Xalq Cümhuriyyətinin varisiyik. Əgər biz varis kimi Xalq Cümhuriyyətini qəbul etmişiksə, onda həmin Xalq Cümhuriyyətinin ərazisini də varis kimi qəbul etməliyik. O dövrdə Azərbaycanın 114000 km2 ərazisi olub. Hesab edirəm ki, Azərbaycan öz 1918-ci ilin ərazisini gündəmə gətirməlidir. Həmin xəritə bu gün Ermənistan-Azərbaycan arasında ortaq bir layihə ola bilər. Ermənilər öz maraqlarına uyğun davranır və hazırda da 30 illik Azərbaycan ərazisini işğal edən bu məsələlər yadlarına düşmürdü. Bu gün Paşinyan 1991-ci ildə Bişkek protokolunu gündəmə gətirir və tez-tez də bunu bəyan edir. Bu gün də hadisələr Azərbaycanın maraqlarına uyğun, Azərbaycanın diktəsi ilə həyata keçirilməlidir. Bu gün Azərbaycan reallıqları diktə edir. Reallıq ondan ibarətdir ki, Ermənistan məğlub olan dövlətdir. Ermənistan işğalçı dövlətdir”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Azad Məsiyev deyib.38859

O qeyd edib ki, əgər Ermənistan danışıq masasını gündəmə gətirməyəcəksə, onda güc qanuni qüvvəyə minməlidir.

“Çünki Ermənistan səkkiz kəndi dinc yolla vermək fikrində deyil. Hər dəfə bir bəhanələr gətirməklə bu danışıqlardan boyun qaçırır. Hesab edirəm ki, Ermənistan 30 ildir ki, Azərbaycan ərazisini işğal altında saxlayırdı. BMT-nin dörd qətnaməsi olmasına baxmayaraq, ermənilər heç cür öz işğal etdiyi torpaqlardan geri çəkilmirdi. Necə ki, səkkiz kəndi də hələ Azərbaycana qaytarmaq fikrində də deyillər. Sözdə başqa bir şey deyirlər, əməldə isə başqa davranırlar. Bu gün Paşinyan apardığı avantürist siyasəti yeni qarşıdurmaya aparıb çıxardacaq ki, bunun da nəticəsi ermənilər üçün daha ağır olacaq”.

Rəfiqə NAMAZƏLİYEVA