Öz ədəbi üslubu və orjinal düşüncə tərzi olan şairlərimizdən biri Alıcan İsgəndərlidir. Bu günlərdə şairin sayca üçüncü şerlər kitabı - "DÜNYANIN NURUDUR ANA ÜRƏYİ" /BAKI- 2023/- işıq üzü görüb. Gözəl Şairə Arzu Heydərovanın (Balsəs) redaktoru olduğu bu kitabda Şairin son illərdə yazdığı əsərlər toplanıb.
Alıcan İsgəndərli çağdaş poeziyamızın sıralarında özünəməxsus yeri olan, gözəl və orjinal ədıbi üslubu ilə seçilən şairlərimizdındir..
Hər bir şairin ədəbi üslubu, nə qədər güclü və koloritli olarsa o şairin söz dünyasının gözəlliyi də bir qədər seçilən olur. Alıcan İsgəndərlinin lirikasının qırmızı xəttindən biri uşaq şerlıridir. Şairin uşaq şerləri kimi təmsilləri də heyrətamiz dərəcədə maraqlı, yığcam bə məzmunludur.
Axşamüstü, Ay Göydə,
"Bumerabq" tək əyriydi.
Yazın gözəl çağında,
Təbiətin seyriydi...
Aya durub baxanda,
"Ce" kimi, oxunurdu.
Elə bil yaxındaydı,
Dağlara toxunurdu.
Uşaq poeziyası, poeziyamızın ayrıca bir ədəbi sahəsidir. Uşaq poeziyası, poeziyamızın ən aktual bir parçasıdır. Uşaq poeziyası, poeziyamızın ən cazibədar bir hissəsidir. Ayrıca br ədəbi sahə kimi uşaq poeziyası ilə məşğul olan şairlərin könül dünyası olduqca güclü intiusuyaya malikdir.
Poeziyamızın ən aktual parçası kimi Zaman dəyişimi ilə uşaqlarımızın xəyal dünyasının tələblərinə uyğun əsırlər yazıb-yaratmaq düşünərlik istəyir. Uşaq poeziyasının həyat ruhunu cazibədarlıq və ahəngdarlıqla yaratmaq Şairlərin Sözünün gücünü tanıtdırır. Alıcan İsgəndərlinin yaratdığı uşaq əsərləri öz ədəbi dəyərinə gorə olduqca aydın bir üsluba sahibdir.
Diqqətlə seyr edəndə,
Onu, balaca Nihad!
Məni ora aparın,
Dedi, qopardı fəryad!
Mən, əgər, ora getsəm,
Aydan, möhkəm tutacam!
Orda bur şəkil çəkib,
Dostlarıma atacam!
Uşaq şerləri aydın bə yığcam olmalı. Uşaq şerləri düçündürücü və məlumatlı olmalı. Uşaq şerləri estetik cəhətdən təsviri olmalı.
Aydınlığla yazııan uşaq şerləri oxunaqlı olur. Düşündürücü və məlumat xarakterli uşaq şerləri izah edir həyatı. Estetik sadəliyi ilə seçilən uşaq şerləri yaddaqalan olur. Alıcan İsgəndərlinin uşaq şerləri öz platonik xarakteri ilə olduqca düşündürücüdür.
Əzizlərim babası,
Qulaq as, gözəl bala!
At da hərəkətdədir,
Davam eləyir yola!
Sən, elə bilirsən ki,
Ay, bir yerdə qalacaq?!
Biz ona çatan kimi,
Uzaqlarda olacaq!
Uşaq poeziyası öz həyati koloriti və ideya məfkurəsi ilə sağlam olmalı. Uşaq poeziyası, öz ədəbi dəyəri və həyat sevdası ilə işıqlı olmalı. Uşaq poeziyası öz bədii siqləti və estetik gözəlliyi ilə diqqəti cəlb etməli.
Alıcan İsgəndərlinin uşaq şerləri öz həyatiliyi və ruhi motivləri ilə daima özləşir Zamana görə.
Əyri ilə Düz,
İkisi qardaş!
Belə olmurdu,
Dünyamızda kaş!
Kəsilməyəcək,
Sonadək Savaş?!
Əyri başlara,
Ələnəydi daş!
Qəmli gözlərdən,
Silinəydi yaş!
Uşaq poeziyası, poeziyamızın ayrıca bir ədəbi yoludur. Uşaq poeziyası, poeziyamızın ayrıca bir ədəbi sütunudur. Uşaq poeziyası, poeziyamızın bir ədəbi simasıdır.
Çağdaş poeziyamızda Pənah Dumanoğlu, Aydin Rza Baxsiyev, Əyyub Türkay, Saday Qazaxlı kimi şairlərimiz də poeziyamızın tərkib hissəsi olan uşaq poeziyasının inkişafının dinmikasını artırmaqla Zamanın və həyatımızın duyğu salnaməsini yaratmaqla poeziyamızın zənginləşməsinə kömək edirlər.
Alıcan İsgəndərlinin söz dünyasının fikir axınında özünü təsdiq etməsi qürurvericidir. Şair qardaşıma, yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edirəm və bol-bol yaradıcılıq uğurları və cansağlığı arzulayıram.
Nəsib Abid
müəllim-filoloq
© 2020 - Created by İLK XEBER.