“Vİcdan mənə yoldaş olur...” - Hafiz Rüstəm lirikasında ictimai düşüncənin həyat motivləri

Həyati səmimiyyət, insanın həyat düşüncəsinin seçimi ilə idealizə olunur. Könül duyarlılığı, insanın həyata olan baxışının həssaslığından yaranaraq idraki düşüncəyə ilə ayarlanır. Ruhun həyati formulası, insanın zehni və həyati dəyişimini idarə edən həyat ruhunu formalaşdırır.
Söz sənətinin həyat özəlliyi, insan qəlbinin mənəvi mündəricatı kimi olduqca dəyərlidir. Həyati hisslərin hədəfini açıb ortaya qoyan söz sənətində zaman sürəci, həmişə həyatın çal-çarpazlı dünyasını realizə edir. İctimai fikirdə, Söz sənətinin Zaman anlayışı, daima şairlərimizin yaradıcılığına yön verir. Çağdaş şerimizin zəngin ənənələrinə yaradıcı münasibəti ilə seçilən şairələrimizdən biri Hafiz Rüstəmdir.
Hafiz Rüstəmin lirikası ictimai düşüncənin həyati-psixoloji səmimiyyəti ilə özünün fəlsəfi həyat yükümlülüyünü daima üzə çıxardır...

Səndən doğulduğum Gün,  şad günümmü?
Sənin Ana, mənim Övlad günümmü ?
Sənin "əsir ", mənim "azad" Günümmü?
İçimizdən qopan, sərt ahmızdan,
Keç, Dünya!
Keç, Dünya günahımızdan!
Hamarın, enişin, yoxuşun gözəl!
Çovğunun, küləyin, yağışın gözəl !
Yerişin, duruşun , baxışın gözəl !
Qaç Dünya!
Keç, Dünya günahımızdan!



Vicdan, İnsanın mənəvi dünyasının əxlaqi ölçüsüdür. Vicdan, İnsanın könül dünyasının həyat işığıdır. Vicdan, İnsanın ruh dünyasının məhək daşıdır...
İnsanın mənəvi dünyasının əxlaqi ölçüsü kimi, insan öz əməli fəaliyyəti ilə özünün əxlaqi davranışlarını biruzə verir. İnsanın könül dünyasının həyat işığı kimi, insan öz fitrəti ilə özünü təsdiqləyir. Ruh dünyasının məhək daşı kimi , insan öz hərəkətlərinə cavabdehdir. Hafiz Rüstəmin lirikası ruhun həyat dili ilə, insanlığın kamilliyinin həyat ruhunu ifadə edir.

Yol gedirəm,
- ö m ü r Yolu,
Arzu dolu,
- v ü s a l Yolu.
Həsrət dolu,
- h i c r a n Yolu,
Bu dağ mənim,
o dağ Sənin!
Asan, ç ə t i n!
Güney, q u z e y!
Doğma, ö g e y!
Bu Yol məndən
H ü n ə r  istər,
D ö z ü m istər!
Bu Yol boyu,
əlaqələr, h a d i s ə l ə r
Bu Yol boyu,
V İ c d a n mənə
y o l d a ş  olur!


İctimai fikirin həyat məntiqi və səmimiyyəti ilə düşüncəyə interaktiv yanaşma,S ənətin həyat özəlliyini yaradır. İctimai düçüncənin idealizəsi, insanın fikir dünyasının həyat sevgisini yerindən oynadır. İctimai ruhun həyat kamilliyinin həyat düsturu, həyati realizənin dərkinə yönəlməsinə vəsilə olur. Sənətin həyat özəlliyi, ictimai düşüncənin həyati-psixoloji idrakını stimul edir.
İnsanın mənəvi varlığının həyati baxışı, onun oduna-alovuna yandığı həyatın kəşməkeşli dünyasını formalaşdırır. Ruhun həyat sevgisindən yaranan fikir-düçüncə azadlığı, daima insanın mənəvi dünyasının həyat kreativliyini artırır. Hafiz Rüstəmin lirikası ictimai düşüncənin həyat motivləri ilə bağlı olaraq, daima insanın könül dünyasına mənəvi qida verir.

X a l q deyər:
Ağacı, Qurd
içindən yeyər...
Sən də bir,
"Həyat ağacı",  Vətən!
Sökülürsən,
tökülürsən içindən!
Anlamaz bunu,
"yaltaqlar", "manqurtlar"
İçimizdən yeyər bizi,
bu vəhşi, bu murdar,
ac Qurdlar!


Vətən, insanın Həyat evidir. Vətən, insanın Dünya evidir. Vətən, insanın könül evidir. Həyat evi, insanın əmək verdiyi, iş evidir. Dünya evi, insanın ömür sürdüyü,həyat evidir. Könül evin, insanın qəlbində yaşatdığı ruh evidir. Hafiz Rüstəmin lirikası, düşüncə çırağı ilə, bəzən duyğusal hisslərlə, insanın Həyat duruşunun əməli nəticəsini bəlli edir. Şairin lirikasının həyəcan verici sətirlərində, Vətənin həyati əhəmiyyət kəsb edən politrası, ahəngdar ruh motivləri ilə simulyativ səpgidə izah olunur.

Haraya gedirsən, d ə r ə b ə y l i k d i r,
Nə olsun, daha bəy, ya xan yox , V ə t ə n!
Doğmalıq, halallıq yox, ö g e y l i k d i r,
Allahdan, bəndədən, qorxan yox, V ə t ə n!
Sağlığın istəyir, "borclu - borclunun",
Qanına susayıb, "öclü-öclünün",
Təəssübün çəkir, "güclü-güclünün".
Kasıba, pulsuza baxan yox, V ə t ə n!


İnsanın həyat müştərəkliyi, ictimai mahiyyəti etibarı ilə iki cinsin, qadın və kişi cinsinin üzərində davam edir. İnsanın mənəvi dünyasının həyat qütbləri, iki cinsin könül birliyi ilə qurulur. İnsanın könül birliyinin yaradılması, iki cinsin mənəvi davranışlarının əxlaqi dəyərləri ilə ortaya çıxır. Qadın, ictimai həyatın əsas özəyi kimi ,daima həyatın nuru ilə boylanır.
Qadın ictimai həyatın gücü kimi, həyatın cazibə qüvvəsidir
Qadın ictimai həyatın təkanverici qüvbəsi kimi, həyatı sirli-sehrli dayanışmasını yaradır.
Hafiz Rüstəmin lirikasında insan fitrətindən doğulan qadının ictimai mövqeyi, həyati - ruhi spesifikliyi ilə imitasiya olunur.

Hər bir k i ş İ n i n şöhrəti Q a d ı n!
Baş t a c ı, könül z i n ə t i Q a d ı n!
Qanuni, halal z ö v c ə s i - z ö q ü,
Can d o s t u, yarı - qisməti, Qva d ı n!
Dünyaya, n ə s i l bəxş eyləyəndir,
H a q q ı n, yaranıb qüdrəti, Q a d ı n!
Yüksək, A n a l ı q rəmzi olandan,
Çəkmiş nə qədər z i l l ə t i Q a d ı n!


Nostalji hisslər, bəzən insanı həyatın dərinliyindəki ziddiyyətləri dərk etməyə yönəldir. Nostalji duyğular, bəzən insanı həyat sınaqlarından çıxmağa imkan verir. Nostalji düçüncələr, bəzən insanı həyat həqiqətlərinə qovuşmağa aparır. Həyatın dərinliyindəki ziddiyyətlərin həllində Zaman aşımının böyük əhəmiyyəti var. Həyat sınaqlarının idraki seçimi, insanı müdriklik zirvəsinə çlxardır. Həyat duruşunun əməli fəaliyyəti , İnsanın özünə inamı artırır... Hafiz Rüstəmin lirikasında həyatın idraki təcəssümü oxucuya stimul verir.

Yaxşı ki , " kommunust" xülyası ilə,
Başa vurduq ömrün , "yaxşı" D ö v r ü n ü!
İndisə görürük, diş qıcırdadan ,
Yeni "quruluşun", "vəhşi" D ö v r ü n ü !
Bu torpaq, bizlərə "doğma " ölkəydi,
Ancaq ki, "r u s l a r a" müstəmləkəydi ,
A z a d l ı q istəmək, bir təhkükəydi,
Keçirik, "a z a d l ı q m a r ş ı" D ö v r ü n ü!


Söz sənəti, insanlığın həyat ruhunu ifadə edən hisslərlə yoğrulur daima. Söz sənəti, ruhun həyat sevdasının ayrıntısı ilə meydana gəlir daima. Söz sənəti, insan Qəlbinin arzu və istəklərinin duyğusallığı ilə yaranır daima. Hafiz Rüstəmin lirikasında insan həyatının dərin qatlarının təhlili var. Hafiz Rüstəmin lirikasında, ictimai düşüncənin həyati-psixoloji səmimiyyəti var. Hafiz Rüstəmin lirikasında insan könlünün həyat istəklərinin gözəlliyi var.

Mən sənə nə qədər təsəlli verim?
Səni başa salım, necə ürəyim?
Nə gündüz dincələ bilirsən, onsuz,
Nə də uyuyrsan gecə, ürəyim!
Əzəldən, sinəmdə güman qoymadın,
Mənə dərd verməkdən, neçün doymadın?
Sən, özgəni duydun, məni duymadın,
Ey zəif ürəyim, incə ürəyim!


Duyğu incələməsidir, hər bir əsərin ruh obrazı. Fikir mübadiləsidir, hər bir əsərin ruh halı. Qəlb sevdasıdır, hər bir əsərin həyat müstəvisi. Ruh obrazı kimi, insan öz duyğularnı tapır əsərin daxilində. Əsərin ruh halı ilə, öz mənəvi-ruhi daxili aləmini kəşf edir insan hər bir əsərdə. Əsərin həyat müstəvisi, insanın xəyallar dünyasının həyat gerçəkliyini cizgiləri ilə ideal bir şəkildə tərbiyəvi xarakterini kəşf edir hıyatın. Hafiz Rüstəmin poeziyası həyatın içindən gələn poeziya kimi olduqca mükəmməl həyat məntiqinə söykənir.

Bax, bu gəlhagəllə, bu gethagetlə,
Yaxana vurulan bir "etiketlə",
Bu rüsvayu-cahan, bir "epitetlə"
Səni çağırırlar, nə gözəl-göyçək!
Ay "ağzı göyçək"!
Hər rəngə girirsən, "buqələmun" tək,
Hər şəklə düşürsən, mum, bərəmum tək,
Küləklə sovrulan, səhrada qum tək,
Elə bil ilğımsan, "yalanla" gerçək!
Ay "ağzı göyçək"!


Sözün həyat hikməti, insanı müdriklik zirvəsinə yüksəldir. Sözün həyat fəziləti, insanl kamiliyə qovuşdurur. Sözün həyat ülviyyəti, insana gözəllik bəxş edir. Hafiz Rüstəmin poeziyası öz həyat pafosu ilə daima həyatın nuruna qərq edir insanı.
Şairin lirikasının fəlsəfi-həyat yükümlülüyü daima insanın mənəvi varlığının göstəricisi kimi onun məqsədli vicdan borcunun ləyaqətlə yerinə yetirməsinə Yol gostərir.
Uğurlar arzulayıram, Şair-alim qardaşıma!

Nəsib Abid, filoloq
8 yanvar 2024-cü il