Sözün həyat hikmətini ipə-sapa düzənlər var. Sözün həyat gücünü insan düşüncəsinin ruhi anlamı ilə göstərənlər var. Sözün həyat ruhunu ifadə etməklə, onu insan qəlbinə axtaranlar var. Həyat hikmətini ortaya çıxaran düçüncə məsləyi olan poeziyadır. İnsan düşüncəsinin ruhi zənginliyini, ruhi-psixoloji cəhətdən təsvir etmənin özü də poeziyadır. Həyat ruhu ilə Sənətin ruhunu həmahəng edən duyğu analizi də poeziyadır. Söz adamının sənətə gəlişi, təbii bir yoldur. Söz adamının sənətə baxışı, fərdi seçim tərzidir. Söz adamının sənətə bağlılığı, onun könül dünyasının ənginliyini izah edir. Yardımlı rayonunun Gavran kəndində yaşıyıb yaradan Əhməd Əsədoğlu Əlyev adlı şairin söz dünyasının özəlliyini duymaq, oxucunun Vətən poeziyasının həyat ruhu ilə tanış olmaqdır. Əhməd Əsədoğlunun poeziyası öz həyati koloriti və ideya məfkurəsinə görə olduqca güclü, həyati duyğusallığı ilə seçilən sənət dünyasının bəşəri hisslərlə yoğrulmuş poeziyasıdır...
Oxucunu düşündürən bilmək, onun hiss və duyğuları ilə qarşı-qarşıya gətirə bilmək, mənəvi dünyanın zənginliyi ilə tanış olmağa imkan verir...
Yaxşıya yaxşı de, de pisə, Sən pis,
Çalış ki yaxşının qədrin biləsən!
Çalış ki qəlbinə girməsin İblis,
Girdi, girən andan, "iblisləşirsən"!
İnsan ruhunun həyat amalı, yaşamaq uğrunda mübarizə aparmaqdır. İnsan düşüncəsinin həyat açarı, onun həyat səhnəsinin dərdləridir. İnsan həyatının sirli-soraqlı dünyasını kəşf edən, könül sənətidir... Yaşamaq uğrunda mübarizə aparan insan, həyati öyrənə-öyrənə anlayır…
Həyat səhnəsinin dərdləri, daima insanın qayğılarını dinlətdirir, həyat insanına. Sirli-soraqlı dünyanın həyat həqiqətlərini zamanın axarında incələmək Sənətin ideya məfkurəsi ilə yaranır.
Əhməd Əsədoğlunun lirikası Zamanın həyat səhnəsinin dərdlərini dərindən idrak etdirir oxucuya.
İnsan alır, ələ Qələm,
Tökür kağıza, dərd-ələm.
Bəlkə, mən də zara gələm,
Keçəm, bütün var-yoxumdan?
Fırlanıb çıxam, oxumadan.
Günahkar mənəm hər işə,
İnsan quran bu gərdişə.
Dolanıram bu vərdişlə,
Bəlkə bir gün açıqlanam?
Bəlkə, insan onda qana!
Sözə dəyər vermək, insanın mənəvi aləminin səsidir. Sözə sığal vermək, həyat hikmətini ortaya qoyur. Sözə qəlbən bağlanmaq, fikir müxtəlifliyinin yaranmasına səbəb olur. İnsanın mənəvi aləminin səsi kimi Söz, həyatın sirli-soraqlı dünyasını izah edir. Həyat hikmətini ortaya qoyan əsərlər Zamanla nəfəs alır. Fikir müxtəlifliyi insan düşüncəsinin həyat ruhunu ifadə etdirir. Əhməd Əsədoğlunun lirikası öz həyat məntiqi ilə qəlblərə yansıyır.
Söz, Kişinin mənliyi və varlığı!
Söz, Kişinin, "kişilik" ağırlığı!
Söz, Kişinin, imanının saflığı!
Sözü, Özü bilib, görənə əhsən!
Sözün, Xatirinə ölənə əhsən!
Əhməd Əsədoğlunun poeziyasının əsas çalarından biri Vətən sevgisidir. Vətənin tarixinə nəzər salan şairin poeziyasının həyat ruhunu xalqın milli varlığının həyat səhnəsi təşkil edir. Türkçülük və Turançılıq ideyası Əhməd Əsədoğlunun poeziyasının həyat ruhunu doğma yurda sevgi və məhəbbət üzərində qurur. Çağdaş həyatımızın Zaman xronikası özünəməxsus həyat ritorikası ilə izah olunur.
Türkiyə çalxalanır, yaman nigaran görünür,
Düşüncəm həyəcanlı, qəlbim nigaran görünür!
Bu çağlar Türk çağıdır, qoy bilsin mənfur yağılar,
Türkə düşmən olanın ölkəsi, viran görünür!
Vətən sevgisi, yurda olan sevdanın istisi və soyuğu ilə müəyyənləşir. Vətən sevgisi, xalqa olan könül fəzilətinin nəticəsidir. Vətən sevgisi, elə-obaya olan qəlb bağlıılığının təyinidir. Yurda olan sevdanın istisi Şəhidlik, soyuğu Qazilikdir.
Xalqa olan könül fızilətinin nəticəsi Vətən uğrunda canından keçib Şəhidlik zirvəsinə ucalmaqdır. Elə-obaya qəlb bağlılığı, Vətən torpaqları uğrunda Şəhid olaraq canından keçməkdir.
Əhməd Əsədoğlunun "Şəhidlərin" əsərində bu həyatın ictimai-məfkurəvi sirlərinə vaqif olur insan.
İllər boyu həsrət ilə yandı ürək, qabar oldu,
Sevinc tərk etdi cismimi, paya düşən qubar oldu
Şükr ki, qış keçib getdi, payızım da Bahar oldu.
Gəzirik, Laçın-Kəlbəcər, sayəsində Şəhidlərin!
Torpağı, Vətən etməkdir, qayəsi Şəhidlərin!
Həyat insan əməyi ilə şəkillənir daima. Həyat, insan düşüncəsinin ruh dünyasına yol alır daima. Həyat, insan duyğuları ilə yoğrulmuş fikir aydınlığının məkanıdır daima...
Əhməd Əsədoğlunun lirikası daima reallıqlar üzərində həyati idrak etdirir oxucuya. Şairin lirikasının həyati məntiqi, insani münasibətlərin aydınlığa çıxarılmasına kömək edir.
Kişi var ki, dünya sirrindən hali,
Kişi var ki, adi ədəbdən xali,
Kişi var ki, heç məzar da düzəltməz,
Kişi var ki, düzdür, əməli saleh.
Kişi var ki, Vətəni Ana bilir,
Kişi var ki, Vətən deyəndə ölür.
Kişi var ki, adət edib ölməyə,
Kişi var ki, yüz yaşayır, bir ölür.
Sənətə gəlişi ilə öz söz dünyasını yaratmaq Şairlərin ruhunun həyat sevdasıdır. Sənətə baxışı ilə fərqlənmək, Şairlərin soz dünyasının gözəlliyini göstərir. Sənətə sevgisi ilə, Ürəklərdə insanlıq məhəbbəti yaratmaq Şairlərin Sözünün gücünü tanıtdırır. Əhməd Əsədoğlunun poeziyasının həyat obrazları insanın psixoloji həyat düçüncələrinə aydınlıq gətirir. Şairin əsərlərindəki təbiilik və həyatın nostalji duyğuları şairin poeziyasının həyat obrazının psixoloji səpgisinə və humanizminə inandırır oxucunu.
Nəsib Abid,
müəllim-filoloq
© 2020 - Created by İLK XEBER.