Quzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi bəzi ölkələrin iştirakı ilə Rum Administrasiyasının 7-11 May tarixlərində döyüş təyyarələri də daxil olmaqla bir fəaliyyət həyata keçirdiyini qeyd edərək, Kipr Rum Administrasiyasının bu təxribatını ən sərt şəkildə qınadıqlarını bildirib.
İlkxeber.org xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“İctimaiyyətin və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Kipr Rum Administrasiyası uzun müddətdir ki, silahlanma və hərbi fəaliyyətlərini artırır.
Həmçinin iştirakçı ölkələrə bilərəkdən və ya bilməyərəkdən Rum Administrasiyasının silahlanmasının və təcavüzkar siyasətlərinin bir hissəsi olmaqdan çəkinmələrini və bunun əvəzinə bölgədə və adada sabitlik və sülh mühiti yaratmaq üçün Kipr Rum Administrasiyasını təlqin etməli olduqlarını xatırladırıq.
Həmçinin xəbərdarlıq etmək istərdik ki, döyüş təyyarələri və helikopterlərin aşağı hündürlükdə uçacağı bu təxribatçı hərbi fəaliyyət zamanı Quzey Kıbrıs Türk Cümhuriyyətinin və bufer zonasının suverenlik hüquqlarının pozulmasına qəti şəkildə yol verilməməlidir".
XİN bəyan edib ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti öz suveren hüquqlarının pozulmasına səssiz qalmayacaq və hüquqlarımızın müdafiəsi üçün Türkiyə Respublikası ilə birlikdə lazımi tədbirləri görəcək.
"Ümid edirik ki, BMT Sülhməramlı Qüvvələri başda olmaqla beynəlxalq ictimaiyyətin sabitlik və sülh mühitini pozan Cənubi Kipr Rum Administrasiyası artan silahlanma və hərbi fəaliyyətlərində səssiz qalmayacaq”, - deyə bəyanatda vurğulanıb.
© 2020 - Created by İLK XEBER.