Könüllərə açılan qapı və ya Mirnəzər Mirkazımlının Sevgi lirikası

Zamanın həyat əsərini yazmaq hər bir şairin tale işidir. Zamanın həyat əsərini yazmaq, hər bir şairin könül işidir. Zamanın həyat əsərini yazmaq, hər bir şairin məslək işidir. Tale yazısını oxumaq həyatın sirli-soraqlı dünyasını kəşf etməklə müəyyənləşir. Könül işini həyata keçirmək insan həyatının Zamanla döyünən həyat yolçuluğuna dəng gəlir. Həyati məsləyə bağlanaraq, onun sevinc və kədərinə alışıqlılıq Sənətin ruhunun ecazkar gücüylə meydana çıxır...
Çağdaş poeziyamızın sıralarında özünəməxsus yeri olan şairlərdən biri -  Mirnəzər Mirkazımlının poeziyası öz həyati koloriti ilə zamanın həyat səhnəsini özündə əks etdirən poeziya kimi həyati məzmununa görə olduqca dəyərlidir. Şairin poeziyasının geniş həyat səhnəsi, onun həyat bəsirətinin ruhi-psixoloji anlamını aydınlaşdırır.
Mirnəzər Mirkazımlı öz fikir dünyasının gerçəklik axtarışı ilə yazıb-yaradan Söz və fikir adamı kimi daima insanın həyat duyğularını dilləndirmklə oxucunun qəlb evini isindirir.

Yoxdur bu dünyanın düzü, avandı,
Astarı üzündən bahadı, Allah!
Dünya eniş-yoxuş, bir nərdivandı,
Adamlar bunu da "dahadı", Allah!


Zamanın dərdlərinə həyan olmaq həm şərafətdir, həm mərifət. Zamanın dərdlərinə şərik olmaq həm sevgidir, həm məhəbbət. Zamanın dərdlərinə ortaq olmaq həm ədalətdir, həm də həqiqət. Mirnəzər Mirkazımlının lirikasında zamanın həyat səhnəsinin dərdlərini dərindən dərk etmək var.
Şairin poeziyasının həyat ruhunu doğmalığa çıxaran düçüncə tərzi var.
Həyatın izahını doğrulayan düşüncələr var.

Dünyamız, imtahan-sınaq,
Sınağı keçə bilmirəm!
Əyri içində düz qınaq,
Keçəni, seçə bilmirəm!


İnsan ruhunun həsbi-halını psixoloji səpgisi ilə aydına çıxartmaq çox çətindir. İnsan ruhunun həyatla əlaqəsini müəyyən etmək Sənətin ideya məfkurəsini ipə-sapa düzməkdir. İnsan ruhunun həyat səhnəsini canlandırmaq onun həyati statusunu təyin etməkdir. Həyatın psixoloji səpgisi daima poeziyanın sənət ruhunun ifadəsidir. Həyatın ahəngi ilə Sənətin ideya məfkurəsini idrak etdirə bilmək olduqca güclü intuitiv duyğusallığa malikdir. Həyatın ictimai məfkurəvi xarakterini aça bilmək mənəvi düçüncənin ucalığıdır. Mirnəzər Mirkazımlının lirikasında təbiiliklə həyati fəlsəfilik arasında ruhi bir bağ var.

Bu dünyanın üzü qara,
Qarşısında, bəxti ara!
Yazılana yoxdu çara,
Naxışdan düşən gülməyə,
Gəlməyimiz də, nədəndir?!


Mirnəzər Mirkazımlının lirikası öz həyat axarına görə, geniş həyati məzmunu və mənəvi ideyalılığı ilə seçilir. Şairin poeziyasının həyat ruhu daima duyğu analizi ilə oxucunu düşündürür. Bir sənətkar kimi şair öz fikir dünyasının bütövlüyünü yaradır daima. Mirnəzər Mirkazımlı poeziyasının insan obrazı daima öz sevinc və kədərinə görə olduqca güclü intuitiv duyğusallığa malikdir.

Ayaq altdan qaçır torpaq
Əlim, Göylərdən üzülür!
Quru qamış açır yarpaq,
"Sirr" sözü, "ney" dən süzülür!


Vətən mövzusu qırmızı bir xətt kimi şairin poeziyasının həyat ruhunu göstərir. Hər yönü ilə Vətən sevgisi şairin həyata olan duyğularını dilləndirir. Mirnəzər Mirkazımlının lirikasında Vətənə olan məhəbbətin əsas çaları Şəhidlərin parlaq simasını dəyərləndirib oxucuya təqdim etməkdir. Şəhidlik zirvəsinə ucalanların taleyinə aydınlıq gətirilməsi oxucuya həyati idrak etdirir.

Çəkdim elə nəfəsimi,
Xatirəni udum-udum.
Ömür dəydi sarı simə
De, Səni necə unudum?!


Klassika poeziyanın sənət dünyasının gözəlliyini göstərir. Klassika poeziyanın sənət dünyasının ruhunu ifadə edir. Klassika poeziyanın sənət dünyasının bəşəri dəyərini ortaya qoyur. Sənət dünyasının gözəlliyi onun fikir və düşüncəsinin duyğusal könül axtarışıdır.
Sənət dünyasının həyat ruhu əbədi yaşam ruhudur. Sənət dünyasının bəşəri dəyəridir, onun insanlığa xidmət etməsindədir. Mirnəzər Mirkazımlının lirikası klassik poeziyadan yararlanan bir lirika kimi möhtəşəmdir. Şairin poeziyasının həyat ruhu onun yazdığı qəzəllərinin həyat ruhunun müasirlik duyğusundadır.

Könlüm evi viranədir, hali-həvadan küsmüşəm,
Tutuşub qəm oduna, dərdi-dəvadan küsmüşəm.
Lövhi-məfhuzda, gər nəqşim, göz yaşımda itkin düşüb
Xilqəti-masuva gəzmə, masuvadan küsmüşəm!


Mövzu seçimi hər bir şairin söz dünyasının fikir axınında özünü tapmaqdır. Mövzu seçimi hər bir şairin söz dünyasının fikir zənginliyinin təcəssümüdür. Mövzu seçimi hər bir şairin söz dünyasının fikir zəncirinin düyünləridir. Söz dünyasının fikir axını davam etdikcə yeni-yeni həyat obrazları ilə qarşılaşır oxucu. Söz dünyasının fikir zənginliyi daima həyat hikmətini ortaya qoyur. Söz dünyasının fikir zəncirinə bağlıılıq oxucuya həyati idrak etdirir. Mirnəzər Mirkazımlının lirikasında zamanın həyat dərdlərinə fəlsəfi yanaşma tərzi həyatın izahını realizə edir, daima.

Amandı, azmayın yolu,
Ayrılar yolların qolu.
Başımıza döyər dolu,
Qartalın bəxtin sar alır!
Ömrünün canı daralır!


Mirnəzər Mirkazımlının lirikası könül dünyasının iztirablarını həyatla birləşdirən Sevgi lirikasıdır. Mirnəzər Mirkazımlının lirikası könül dünyasının iztirablarını duymaqla həyati düşüncənin ictimai məfkurəvi xarakterini müəyyən edən lirikadır. Mirnəzər Mirkazımlının lirikası könül dünyasının iztirablarını dilləndirmklə oxucunun qəlb evini isindirən lirikadır.

Gülüm, sənin əyninə,
Qəmdən paltar biçmişəm!
Ayrılığın çiyninə,
Baş qoyub, dərd əkmişəm!

 
Çağdaş poeziyamızın yaradıcı sənətkarlarından biri olan Mirnəzər Mirkazımlı öz sənət dünyasının bəşəri hisslərlə yoğurub, daima. Şairin poeziyasının həyatiliyi olduqca güclü intuitiv duyğusallığa malikdir. Mirnəzər Mirkazımlı daima həyati-fəlsəfiliyi poeziyanın həyat aynası kimi uca tutur. Müasir həyatın Zaman dəyişimi şairin poeziyasının həyatiliyini üzə çıxarır, daima.

Bu dünyanın üzü yansın,
Oldun yanan közüm, ürək!
Qoy ağrına, can oynasın -
Ağlasın,"can" sözüm, ürək!


Könül duyğularını dilləndirmək, hər bir söz adamının ruhunu təyin edir.
Könül dünyasının iztirablarını həyatla əlaqələndirmək hər bir şairin könül dili ilə olan fikir dünyasını göstərir. Könül aləminə səyahət edə bilmək hər bir şairin söz dünyasının gözəlliyini üzə çıxardır. Mirnəzər Mirkazımlının lirikasında zamanın həyat səhnəsinin dərdləri var. Şairin poeziyasının könül dünyası daima narahatdır.

Payız ömrüm, puçur-puçur,
Bilmirəm ki... necə uçur?!
Zaman qaçır, torpaq qucur,
De, hardasan gülüm, harda?!
Gözlərimdə nəm ağlayır.


Şeir ruhun könüllərə açdığı bir həyat qapısıdır. Şeir, ruhun qəlblərə axtardığı bir duyğu axışdır. Şeir, ruhun ürəkləri fəth etməyə qadir nəğməsidir. Könüllərə açılan qapı kimi ruhu ilə oyandırır hissiyyatı.
Duyğu axışı ilə qəlblərə fərəh verir şeiriyyəti. Nəğməsi ilə canlandırır sevgi və məhəbbəti…
Mirnəzər Mirkazımlının lirikası könül lirikası kimi olduqca həssasdır.
Şairin poeziyasının həyat ruhu daima duyğu analizi ilə insanı ruhən həyatla uzlaşdırır. Mirnəzər Mirkazımlı poeziyasının Zaman qatarı öz yolu ilə həyatın məzmununu əks etdirməklə əbədiyyət yolçuluğundadır.

Sındırıb tilsimin ötən illərin,
Yığıb əllərimə ağır illərin,
Söküb həyatımın "olmaz" tellərin,
Doğrudan toplayıb halal bölməyə -
Uşaq olmaq istəyirəm..!


Çağdaş poeziyamızın yaradıcı sənətkarlarından olan Mirnəzər Mirkazımlının lirikası öz sənət gözəlliyinə görə olduqca dəyərlidir. Şairin poeziyasının həyatiliyi və humanizmi öz fikir dünyasının tablosunu klassikaya bağlanması ilə göstərir. Bir növ şairin poeziyasının qəzəl janrı öz fikir mənbəyini Ulu Məhəmməd Hüseyin Şəhriyarın poeziya sənətinin ruh aləminin səsi kimi təzahür edir.

Söylə ey gül, gülüstanə bülbülü-zar gəlməsin,
Çak edibdir eşq yaxasın, yada gülzar gəlməsin.
Gah dağılıb qəm oduna, alovuna əl eyləyir,
Şöləsinin kölgəsində, rəqsi-bizar gəlməsin.


Poeziyada həyatın humanizmini verə bilmək mənəvi düçüncənin ucalığıdır. Poeziyada həyatın iztirablarını verə bilmək həyatın izahını realizə etməkdir. Poeziyada həyatın ictimai-məfkurəvi sirlərini ortaya qoymaq həyati obyektivlikdir. Mirnəzər Mirkazımlının lirikası həyatın hikmətini hunanuzmi ilə verə bilən lirikadır. Mirnəzər Mirkazımlının lirikası həyatın iztirablarını fəlsəfi cəhətdən realizə edən lirika kimi ictimaidir. Şairin poeziyasının ictimai məfkurəvi xarakteri müasir həyatımızın həyati düşüncələrini tam əhatə edir.

Günlərimin əlləri,
Sürüşür bir-birindən.
Rübabımın telləri,
Nəfəs çəkir dərindən.
Mizrabım əzab çəkir,
Barmaqlar arasında!
Ovcumda bəxt əkir,
Dərdlər sırasında!
Bu xətləri oxuyan,
Gözlər xumar kimidir!
Allah, dəniz qoxuyan,
Xumar gözlüm kim idi?


Çağdaş şeirimizin, həyati diyğularla yüklənmiş lirikadır, Mirnəzər Mirkazımlının lirikası. Çağdaş şeirimizin həyati gözəlliyini qəlblərə daşıyan lirikadır, Mirnəzər Mirkazımlının lirikası. Şairin söz dünyasının hikmətini özündə barındıran lirikadır, şairin lirikası. Vətən mövzusu şairin lirikasının ən başlıca mövzularından biridir.

Ağrıları, yol yoldaşı,
Pozulmayıb, Qan yaddaşı,
Can bağıdır, Sərhəd daşı,
İki Vətən, Bir doğma can!
Azərbaycan, Azərbaycan!


Uğurlar arzulayıram, şair qardaşıma.

Nəsib Abid
müəllim-filoloq

27 aprel 2023-cü il