“Şerimlə Allaha qovuşacağam” - Damət Kərimli poeziyasının həyat ruhu

Həyat ruhu ilə, insan düşüncəsinin mənəvi bağı arasında bir könül körpüsü var. Həyat ruhu ilə, insan düşüncəsinin xəyal dünyası arasında bir könül həyəcanı var. Həyat ruhu ilə, insan düşüncəsinin subyektiv xarakteri arasında ruhu bir aləm var. İnsan düşüncəsinin həyat ruhunu ifadə edən onun xəyallarıdır. İnsan düşüncəsinin xəyal dünyası həyat həyəcanını üzə çıxardır daima. İnsan düşüncəsinin subyektiv xarakteri, onun həyat duyğusallığını artırır. Çağdaş şerimizin həyati gözəlliyini qəlblərə daşıyan şairələrdən biri Damət Kərimlidir. Şairin poeziyasının həyat ruhu, olduqca möhtəşəm duyğulara söykənir.

Dərviş gördüm, dərd yığırdı,

Dərdi, özündən ağırdı!

Məni köməyə çağırdı,

Dadına çatammadım!

 

Aşiq gördüm, haqq gəzirdi,

Yandırıb çıraq, gəzirdi!

Bilirdim, nahaq gəzirdi,

Elimi, satammadım!

Şairlər, həyatın könül daşıyıcılarıdır. Şairlər, həyatın ruh daşıyıclarıdır! Şairlər, həyatın fikir daşıyıclarıdır. Könül daşıyıcıları kimi şairlər, yazdıqları əsərlərlə insan könlünün istəklərini qəlblərə daşıyırlar. Ruh daşıyıcıları kimi şairlər insan duyğularının iztirablarını həyatla birləşdirirlər. Fikir daşıyıcıları kimi şairlər, yazıb-yaratdıqları əsərlərlə həyat hikmətini idrak etdirirlər. Damət Kərimlini lirikası həyati-ruhi lirika kimi insan qəlbinin istəyini  yerinə görə təlqin edir.

Bülbül gördüm, gül həsrətli,

Ocaq gördüm, kül həsrətli,

Qərib gördüm, el həsrətli,

Könlünü alammadım.

Anamı gördüm yuxuda,

Toy çaldırır, Qarabağda.

Bülbül ötürdü budaqda,

Səsindən doyammadım!

Vətən şairi olmaq şairdən cəsarət istəyir. Vətən dərdinə qatlaşmaq, şairdən dəyanət istəyir. Vətənin ağır günlərində, onun sevinc və kədərinə şərik olmaq şairdən Ürək istəyir. Şairin cəsarəti, onun yaratdığı həyat əsərlərindəki düşüncənin ictimai məfkurəvi gücündədir. Şairin dəyanəti, onun əsərlərinin ideya- məfkurəvi siqlətindıdir. Şairin ürəyi, onun yaratdığı əsırlərindəki həyat ruhaniyyətindədir.

Damət Kərimlinini poeziyası öz ideya-məfkurəsi ilə zamanın həyat səhnəsinin dərdlərini obrazlı şəkildə canlandırır daima. Şairin poeziyasının qəhrəmanlıq ruhu xalqın Zamanla döyünən həyat nəbzini özündə əks etdirir.

Xocalım, oy Xocalım,

Nəydi sənin günahın?

Qəzəbinəmi gəldin,

Sən, o gecə Allahın!

Toplar dolu tək yağdı,

Səpələndi üstünə!

Haray verən olmadı,

Sənin, imdad səsinə!

 

Sözün çəkisi, hər bir şairin söz dünyasının gözəlliyini üzə çıxardır. Sözün ahəngi, hər bir şairin söz dünyasının hikmətini ortaya qoyur. Sözün həyat siqləti, hər bir şairin söz dünyasının özəlliyini təyin edir. Söz dünyasının məna gözəlliyi, fikrin ahəngi ilə könüllərdə yuva qurur. Söz dünyasının hikməti, həyatın izahını realizə edir. Söz dünyasının həyat səhifəsi Sözün işlənmə yerinə və həyat fəlsəfəsinə ritorik baxışla nəzərdən keçirilir.

Damət Kərimlinin poetik üslubu və həyat duyumu olduqca geniş həyati erudisiyaya bağlıdır. Şairin əsərlrindəki mənəvi özgüvən, həyata ona yaratmaqla oxucunu düşündürür.

Sözün qüdrətilə yaranmış Cahan,

Sözə, bu qüdrəti vermiş Yaradan!

Bu Yerlər, bu Göylər, bu canlı bəşər,

Bir "Ol" kəlməsindən, olmamış məgər?

Klassika, hər bir sənətin möhtəşəmliyini bağlıdır. Klassika hər bur sənətin həyat etiketi ilə sənət etiketinin birləşməsidir. Klassika, qüsursuz sənət elementinin bütövlüyüdür. Sənətin ruhu məntiqli olarsa, onun həyat gücü də möhtəşəm olur. Sənətin ruhu, həyatla həmahəng olarsa, onun həyat ahəngini sözlə izah etmək asan olur. Sənətin qüsursuz olmağı, təbii gözəlliyi onun həyat bəsirəti ilə uyğunluğundadır. Damət Kərimlinin lirikasının özünəməxsus həyat spesifikliyi Şairin sənətə, Sözə verdiyi dəyərdədir.

Sözlərim mələk tək, cilvələnibdir,

Sehrini, sirrini açmayacağam!

Şeir yazmaq mənim ibadətimdir!

Şerimlə Allaha qovuşacağam!

Hər bir Şair öz Zamanın çərxi-fələyinin gətirdiyi həyata adaptasiya olunur. Hər bir şair öz həyat və sənət idealı ilə fərqlənir.  Hər bir şair öz sənət ömrü ilə yaşayır və yaradır. Həyatın Zamanla qarşılıqlı münasibətini aydınlaşdırmaq hər bir söz adamının ruhu ilə həmahəngdir. Həyatın ictimai-məfkurəvi anlamını aydınlaşdırmaq hər bir söz adamının məslək borcudur. Məsləklə inşa olunan həyat idealı insanların xarakterini müəyyən edir. Damət Kərimlinini poeziyasının politrası, "Turançılıq" idealının saflığına bağlamaqla milli şüurun yüksəlməsinə, həyati düşüncənin uyqarlığına aparır oxucunu.

Türkün bayrağını qaldıran əllər,

Bir daha Göylərdən enməyəcəkdir!

Türklük atəşilə, Yanan ürəklər,

Allah ocağıdır, sönməyəcəkdir!

İnam, insanın düşüncəsinin həyat ruhunun açarıdır. İnam, insan düşüncəsinin həyat idealının zirvəsidir. İnam, insan düşüncəsini zənginliyinin həyat təntənəsidir. Həyat ruhunun açarı kimi, inamla həyata bağlayır insan. Həyat idealının zirvəsi kimi, inamla özünü mənəvi düşüncədə tapır insan. Mənəvi düşüncənin zənginliyini, inamla qazanır insan. Damət Kərimlinin poeziyasında həyata İnam var. Şairin lirikasının həyati gücü də, məhz onun lirikasının həyata inamla bağlanmasındadır.

Yenə Günəç dolacaq,

Böyük, Turan Elinə!

Ay-Ulduzlu Bayraqlar,

Ucalacaq, Göylərə!

Yenə Xaqanlarımız,

Dünyaya səs salacaq!

Haqqa qənim olanı,

Haqqa tanıtdıracaq!

Haqqın səsi, insanlığın həyat səsidir. Haqqın səsidir, insanlığın şərəf hissidir. Haqqın səsi, insanlığın mənlik duyğusudur. İnsanlığın həyat səsi, onun bəşəri duyğularla yaşayaraq bəşərə qulluq etməsindədir. İnsanlığın şərəf hissi, onun həyat əməlləri ilə bağlılığındadır. İnsanlığın mənlik duyğudur, onun həyat ünsiyyəti ilə insanlığa xidmətindədir. Damət Kərimlinin poeziyasında portret cizgiləri şairin Haqqın səsinə qulaq verməklə, vicdanın səsini dinləməklə ortaya çıxmışdır. Çağdaş dünyamızda bur sıra dövlət başçıları var ki, onlar öz xarizmatik liderlikləri ilə həm öz xalqına, həm öz dövlətinə, həm də bəşəri ideallara sadiqliyi ilə tanınır. Türkiyə Cumhuriyyətinin çox hörmətli prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir lider kimi Damət Kərimlinin əsərinin həyat obrazı olmuşdur.

Hikmət dolu bir boğçadır!

Qəlbi, ətirli bağçadır!

Dinlədikcə, Ruhum uçur,

Könüllərin nəğməsidir!

Ərdoğan Haqqın səsidir!

Dünyanı gəzir şöhrəti,

Haqqdan alır, güc-qüdrəti,

Turandır Arzu-niyyəti!

Rəbbin, türkə töhfəsidir!

Ərdoğan Haqqın səsidir!

Poeziyada həyat ruhu varsa, onun sənət ruhu daima yaşayacaqdır. Poeziyada həyat obrazı varsa, onun sənət obrazı da daima ucalacaqdır. Poeziyada bəşəri sevgi duyğusu varsa, onun həyat ahəngi də daima insanlığın həyat ahənginə uyğunlaşacaqdır. Damət Kərimlinin poeziyasında həyat ruhu ilə sənət ruhu daima axtarışdadır. Damət Kərimlinin poeziyasında həyat obrazı sənət obrazının psixoloji səpgisi ilə bütövləşir daima. Damət Kərimlinin poeziyasında həyat sevgisi ilə, bəşəri sevgi dialektik vəhdətdədir. Şairin həkimlik məsləyi ilə ruh məsləyi - şairlik birləşərək insanlığa, sənətə və ruhun həyat hikmətinə xidmət etməkdədir .

Uğurlar arzulayıram gözəl şair qardaşıma.

 

Nəsib Abid,

müəllim-filoloq

12 aprel 2023-cü il