Bakıdan KKTC-yə təyyarə reysləri açılacaq
Azərbaycanda səfərdə olan Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunc Bakıda jurnalistlər üçün mətbuat konfransı keçirib.
İlkxeber.org xəbər verir ki, Serhan Aktunc mətbuat konfransındakı çıxışında bildirib ki, Azərbaycanda Quzey Kıbrısı çox gözəl tanıyırlar və Bakıya gəlişi zamanı bunları müşahidə etmək, görmək onun üçün çox xoş oldu: “Kıbrıs türk xalqı və Azəraycan xalqı təxminən eyni acıları yaşayan iki xalqdır. Siz də soyqırımın acılarını yaşamasınız, Kıbrıs türkləri də. Bu baxımdan xalqlarımızın bir-birinə bu yaxın olması təbiidir”.
Serhan Aktuncun sözlərinə görə, Azərbaycan Respublikası ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti arasında sıx dil, mədəniyyət bağlılığının olmasına baxmayaraq, ikitərəfli münasibətlər günün reallığına cavab vermir. “Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik. Üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir. 44 günlük Qarabağ savaşında Quzey Kıbrısın ürəyi Azərbaycanla döyündü. Əldə etdiyiniz qələbə bizim də qələbə sayılır. Çünki biz bir-birimizə hər zaman dayaq olmuşuq. Türkiyədən sonra Quzey Kıbrısa ən böyük dəstəyi verən Azərbaycandır”- deyərək, o qeyd edib.
Aktunç əlavə edib ki, Şimali Kiprin iqtisadiyyatının əsasını turizm və təhsil təşkil edir. 2011-ci ilə qədər Azərbaycandan Quzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfər edənlərin sayı daha çox olub. Lakin ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, KKTC-yə səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır. Əməkdaşlıq imkanları geniş olsa da, Azərbaycanla əməkdaşlığımız reallığın tələblərinə cavab vermir. Pandemiyadan öncə, 2019-cu ildə Quzey Kıbrıs Türk Cümhuriyyətinə cəmi 6 min nəfər səfər edib. O, ümid etdiyini bildirib ki, bundan sonra Azərbaycandan Quzey Kıbrısa səfər edən azərbaycanlı turistlərin sayı artacaq.
Müşavir onu da vurğulayıb ki, son dövrlərdə Azərbaycan və Quzey Kıbrıs Türk Cümhuriyyəti arasında münasibətlər yenidən inkişaf mərhələsinə qədəm qoyub.
“Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, Quzey Kıbrıs Türk Cümhuriyyətinə səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır. Üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir. Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik. Hesab edirəm ki, KKTC-də hər təbəqədən olan insanın istirahət etməsi üçün imkanlar var.
Sehran Aktunç həmçinin bildirib ki, Bakıdan KKTC-yə Antalya üzərindən uçuşlar həyata keçiriləcək. Müşavir qeyd edib ki, aprelin 19-dan başlayaraq, bu uçuşlarun həyata keçiriləməsinə başlanılacaq və biletlərin də qiymətinin daha münasib olması nəzərdə tutulur.
© 2020 - Created by İLK XEBER.