“Bütün imkanlarımızı səfərbər etdik, dövlət bütün imkanları ilə AFAD başda olmaqla fəaliyyətləri bələdiyyələrlə birgə icra edir. Kahramanmaraş və digər 9 vilayətimizdə vətəndaşlarımız narahat olmasınlar, əsla küçələrdə qalmalarına icazə verməyəcəyik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş vermiş dəhşətli zəlzələnin fəsadları barədə danışarkən deyib.
“Antalya, Alanya və Mersin kimi bölgələrdəki otellərlə danışıqlar apardıq. Vətəndaşlarımız istəsələr, onları bu bölgələrdəki otellərə yerləşdirməyə hazırıq. Yemək-içmək, bütün ehtiyacları bu otellərdə təmin olunacaq.
Təxribatçılara fürsət verməməyinizi istəyirəm. Bu gün birlik olma zamanıdır. Zərərin müəyyənləşdirilməsi ilə birlikdə ailələrə dəstəyimizi verəcəyik. Hər ailəmizə 10 min lirə çatdıracağıq”.
© 2020 - Created by İLK XEBER.