Mən aciz bir yolçu, qərib adamam! - Qalib Nuri Arif poeziyasının həyat hikməti

Söz insan düşüncəsinin həyat açarıdır. Söz insan düşüncəsinin fikir açarıdır. Söz insan düşüncəsinin könül açarıdır. Həyat açarı kimi, Söz bağlı qapılar açır. Fikir açarı kimi Söz xəyalları gerçəkliyə çevirir.

Könül açarı kimi, Söz ünsiyyət körpüsünə dönür. Poeziya Sözün diriliyi kimi həyatın izahını asanlaşdırır. Poeziya Sözün hikməti kimi mənəviyyat xəzinəsinə çevrilir. Poeziya Sözün həyat sevgisi ilə həyatı gözəlləşdirir...

Həyatın doğruları sözlə izah olunur. Mənəviyyat xəzinəsi sözlə varlanır.

Həyat gözəlliyi sözlə zənginliyə qovuşur. Çağdaş şerimizin gözəlliyini aləmə bəyan edən şairlərimizdən biri Qalib Nuri Arifdir. Şairin poeziyası Sözün hikməti və həyat fəlsəfəsi, həyat ahənginin səsi ilə tanınır:

 

Ağız zindanından çıxdığı zaman,

Səsə çevrilərək, Söz qanadlanır.

Əgər səhf eyləyib, olsaq da peşman,

Yazıq Qəlb, od tutub, alışıb yanar…

...Hər Sözün öz imza, öz möhürü var,

Adında gəzdirər, xeyir-şəri,

Söz tərəzisinə sahib olanlar,

Zərərdən, ayıra bilir Zəfəri…

 

Zaman həyatın vaxt ölçüsüdür. Zaman həyatın qədər ölçüsüdür. Zaman həyatın yaşam ölçüsüdür. Vaxt ölçüsü kimi, həyat günlərin, ayların, illərin qanadında sovrulur. Qədər ölçüsü kimi insanın da həyat təlatümləri daima dəyişkən olur. Yanar ölçüsü kimi insan ömür sürəcinin dönəmlərində tale yükünü çəkməli olur. Qalib Nuri Arifin lirikası həyati-fəlsəfi lirika kimi insan həyatının daxili dünyasının izahını məhz Sözün hikməti ilə üzə çıxardır:

 

Hər günün öz hökmü, öz qanunu var,

Hər gün, bir ünvana açılan cığır.

Hər bir yarananın, bir gün sonu var,

Hər gələn, sonuna sərmayə yığır.

Arzunun çəkisi ağır olanda,

Dünyanı daraldır, Qəlbin gözündə,

Hakimlik eyləyir, nəfs insanda,

Uçmağa axtarır qanad özündə…

 

Həyat həqiqətlərini duya bilmək və onun bəsirətini aça bilmək olduqca çətindir. Həyat gözəlliklərini duya bilmək və onun çətinlikləri ilə daşımaq hünər işidir. Həyatın doğruları ilə yalanlarını anlamaq və anlatmaq mənəvi biçimi ilə fikir dünyasının bütövlüyünün təminatçısıdır…

Lirikada düşünürlük, həyatın izahını açan duyğuları izhar efir. Lirikada səmimiyyət həyatın ictimai-məfkurəvi sirlərini ortaya çıxarır.

Lirikada şübhə və ya qabrıq hisslərin xəyal dünyası, ancaq insanın ömür yolunun mənəvi aləmini idrak etdirir…

Qalib Nuri Arifin lirikası öz həyati-məfkurəsi ilə insanın həyat fərqliliklərini təyin edir.

 

Çoxdan müsafirdir, dərd-kədər mənə,

Qonaqdır, “get” deyə bilmərəm ona.

İstəmirəm, sevinc bivaxt görünə,

Sözləri çəp düşə, peşmanlıq ola…

Qonaq Allahındır, ya sevinc, ya Dərd,

Üstü möhürlüdür, hər ikisinin…

Hikməti budur ki, gəlirlər bivaxt,

Xəbəri olmadan, Qəlb yiyəsinin…

 

İctimai həyatın izahını verə bilmək, mənəvi dünyanın zənginliyini isbatlayır. İctimai həyatın ziddiyyətlərini verə bilmək, həyatın izahını realizə edir. İctimai həyatın ictimai-məfkurəvi sirlərini ortaya qoymaq, həyati düşüncənin imitativliyini təsdiqləyir. Mənəvi dünyanın zənginliyi, insan həyatının mənəvi birikimlərinin açarıdır...

Həyati ziddiyyətlərin realizəsi insanın mübarizliyinin önünü açır...

Həyati düşüncənin imitativliyi insanın fərqliliklərini təyin edir.

Qalib Nuri Arifin lirikası həyati-fəlsəfi lirika kimi ictimai həyatın realizəsini, onun həyati metafizikliyinə bağlasa da oxucunu düşündürür…

Şairin “Allaha şikayət” əsərində metafizik düçüncə ilə həyati realizə qarşılıqlı olaraq izah olunur:

 

Allahım, şikayət edirəm sənə,

İnsana verdiyin, saflıq yox olur.

Qoşulub İblisə, uyub nəfsinə,

Çoxu varlığına, xal, kölgə salır.

Əs-Salam, adını dilinə alıb,

Könül qapısından keçirlər rahat.

Könül diyarında rahatlıq tapıb,

Sonra, əzablarla edirlər, çat-çat.

 

Zamanın, çərxi-fələyinin gətirdiyi ictimai fəlakəti şerlə ifadəsi olduqca maraqlıdır. Zamanın həyat tərzinin xarakterik xüsusiyyətləri ilə qələmə almaq könül işidir. Zamanın həyat obrazını canlandırmaq, həm həyatın daxilini, həm də sosial xarakterini aça bilmək şairdən cəsarət istəyir.

Çərxi-fələyin hökmü qüvvədə olan normativ hüquqi həyat aktevitəsinin özülüdür. Həyat tərzinin xarakteri mövcüd həyatın əsil simasını göstərir.

Həyat obrazını canlandırmaq söz adamının məslək yolunun mənəvi aləmini idrak etdirir…

Qalib Nuri Arifin lirikası öz həyatiliyi və reallığa uyğun həyat hadisələrinə poetik münasibəti ilə seçilir:

 

Deyirlər: hər şeyin ləzzəti qaçıb,

Qısqanır qulağa, dil şirin Sözü.

Dünyanın malından əl üzüb kasıb,

Heyif, varlıların doymayır gözü…

Təbiət verəni bəyənmir heç kim,

Hər şeyə, zəhərli dərman vurulur.

Dərmanından, səfa görməyən Həkim,

Xəstənin yanında inamsız olur…

 

Ənənəvi poeziya ilə, klassik lirikamızın arasında sənət bağı var. Ənənəvi poeziya ilə klassik lirikamızın məfkurəvi həyat izlənimi var. Ənənəvi poeziya ilə klassik lirikamızın ideya körpüsü var. Qalib Nuri Arifin poeziyası əsa etibarı ilə Ənənəvi poeziyanın sənət ideolojisinin prinsiplərini öz gözəlliyi ilə ifadə edir. Qalib Nuri Arifin poeziyasında klassik poeziyamızın məsnəvi məsnəvi üslubu da öz sənətkarlığı ilə seçilir:

 

Ata öz oğluna nəsihət verir,

Üzünü hamıya pərdəli çevir.

Abırı, həyanı çalış uca tut,

Yerli kəlmələrdən uzaq dür, unut.

 

Poeziyada həyatın dərdləri də, sevinci də daima öz yerini tapır. oeziyada həyatın ruhu ilə, onun ictimai ziddiyyətlərinin həlli öz-özünü tamamlayır. Poeziyada insanın həyat obrazının duruşu və onun bəsirətini duymaq olduqca cəzbedici mahiyyətini dərk etdirir. Qalib Nuri Arifin poeziyası öz təbiəti etibarı ilə, İlahi Eşqin hikmətini dünyaya bəyan edir:

 

Məndən soruşursan, söylə kimsən, sən?

Mən aciz bir yolçu, qərib adamam!

Yollarda ləpir, iz qalsa da məndən,

Çətin bir də burdan Yolumu salam!

 

Qalib Nuri Arifin poeziyası həyatın hikmətinin poeziyasıdır. Qalib Nuri Arifin poeziyası həyatın bəsirətinin poeziyasıdır. Qalib Nuri Arifin poeziyası həyatın məfkurəvi izahının poeziyasıdır. Uğurlar arzulayıram, şair qardaşıma…

 

Nəsib Abid

5 fevral 2023-cü il