Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Türkiyənin Kahramanmaraşda və 10 vilayətində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə əlaqədar 7 günlük milli matəm elan edildiyini açıqlayıb.
İlkxeber.org xəbər verir ki, rəsmi dövlət televiziyası BRT-də xalqa müraciət edən Ersin Tatar Türkiyənin ağrısını paylaşmaq və KKTC-nin həmrəyliyini göstərmək üçün bu gündən bazar ertəsi gününə qədər milli matəm elan edildiyini açıqlayıb.
Tatarın bəyanatından sonra KKTC-də rəsmi qurum və təşkilatlarda və özəl iş yerlərində bayraqlar yarıya endirilib.
Digər tərəfdən, baş verən zəlzələlər səbəbilə KKTC parlamentində bu həftə keçiriləcək iclaslar parlamentdə təmsil olunan və qrupa malik olan bütün partiyaların razılığı ilə təxirə salınıb.
© 2020 - Created by İLK XEBER.