Şəlalə Camal
Kəlbəcər Başımı götürüm kaş elə gedəm, Ürəyim olubdu bil didəm-didəm. Ha özümə istəyirəm yer edəm, Yerim yoxdu Kəlbəcərdən savayıİstəyirəm arada bir sevinəm,Ay insafsız, ailən oldum, evinəm.Qəlbi ağlar-ağlar qaldım, gözü nəm,
Ərim yoxdu Kəlbəcərdən savayı.
Ahu-fəğan, fəryad içindəyəm mən,
Doğmam durub, bil yad içindəyəm mən.
Ay dinsizlər, imdad içindəyəm mən,
Dirim yoxdu Kəlbəcərdən savayı.
Gəlib görsən bir sümüyəm, bir ətəm,
Elə bil ki, mən nökərəm sən hatəm.
Qorxaqlardı, yaltaqlardı əhatəm,
Nərim yoxdu Kəlbəcərdən savayı.
Murovun havasın çəkirəm hərdən,
Gözümdə canlanır torpağım birdən.
Bu günədək qalmadım bir xeyirdən,
Şərim yoxdu Kıbəcərdən savayı.
İndiyədək bu dünyadan pərim yox,
İşləmədim, alınmda bir tərim yox.
Nə haldayam? Bəzəyim yox, bərim yox,
Zərim yoxdu Kəlbəcərdən savayı.
QURBANI OLMA
(20 Yanvar faciəsinə)
Neçə ildir ürəyimiz dərd çəkir,
Ağlımızı aparıbdır dərd, fikir.
Mərd ağacın bu dünyada mərd əkir,
Namərd gülləsinin qurbanı olma.
Çox igid var canlarına qıydılar,
Damarlarda qanlarına qıydılar.
Səsimizi axirətdə duydular,
Namərd gülləsinin qurbanı olma.
Bu vətən yolunda şəhid vermişik,
Ey şəhid anası, saçını yolma.
Həmişə qalibiyyət əldə etmişik,
Namərd gülləsinin qurbanı olma.
Gözlərimiz yaş tökməsin heç zaman,
Neçə oğul itirmişik nə yaman.
Başımızdan çəkilməyir çən, duman,
Namərd gülləsinin qurbanı olma.
QARABAĞ
Hər sətiri, hər misrası
Dolur ruha aram-aram.
Havalanır Xanın səsi,
Qəlbimdə Sağalan yaram,
Bütöv Azərbaycanım mənim,
Doğma yurdum Qarabağım.
Şuşam, Zəngilanım mənim,
Xocalım, Xocavəndim mənim,
İstisulu Kəlbəcərim,
Qurbanın olaram sənin.
Bütöv Azərbaycanım mənim,
Doğma yurdum Qarabağım.
Qubadlı cənnət məkanı,
Cəbrayılım gəl – gəl deyir.
Laçının gözü yoldadır,
Füzuli həsrətim mənim.
Bütöv Azərbaycanım mənim,
Doğma yurdum Qarabağım.
Ağdərəmdən danış gəlsin,
Ağdamım nura bələnsin.
Vətənimdə himn səslənsin,
Ali baş komandanım desin:
Bu torpaqlar qandır, candır
Qarabağ Azərbaycandır!
Gözün aydın yurd ellisi,
Torpaqlarımız azaddır.
Artıq bütün dünya bilir,
Qarabağ Azərbaycandır!
ŞUŞANIN DAĞLARI
Şuşanın dağından duman çəkildi,
Torpağına güllər, çiçək əkildi.
Şuşada nə qədər qanlar töküldü.
Əsgər bu nə cəldlik, bu nə mərd,
Düşmənə vermisən ağır dərd,
Onları sındırdın elə sərt.
Şuşaya sancmışıq bayrağımızı,
Öpüb qucaqladıq torpağımızı,
Dünyaya çatdırdıq sorağımızı.
Əsgər bu nə cəldlik, bu nə mərd,
Düşmənə vermisən ağır dərd.
Oldular dünyada rəzil, pərt.
BÖLÜM YERİNƏ...
Mən səni bu qədər belə bilməzdim,
Utanım yerinə, ölüm yerinə...
Xəyalən olsa da gülə bilməzdim
Hönkürüm yerinə, gülüm yerinə...
Utanmaq, arlanmaq qanında yoxdur,
Bəhanə uydurmaq canınında çoxdur.
Nişanın bəllidir, yanında oxdur,
Dağıdım yerinə, bölüm yerinə...
BİLƏRSƏN…
Yollarından gözümü
Çəkə bilmədim elə
Hərdən göyə baxıram
Bəlkə göydən enərsən...
Necə itirdim səni?
De, sən necə dönərsən?
Mən sənin dəyərini
Sən demə bilməmişəm
Səndə mənim qədrimi
Mən öləndə bilərsən...
HƏYATDIR DA...
Qurban olum qayıt, gəl
Səni sevirəm hələ...
Boş - boşuna dalaşıb
Saf - çürüklük eləmə...
Mən həminki mənəm elə,
Dur gəl, çayın soyuyub
Dur gəl, təzə dəmləyim,
Gecə səhərə kimi
Danış, səni dinləyim.
Uşaqlıqdan bu yana
Nələr yaşamısan de,
Mən də elə belə də...
Günü günə satıram.
Bir gözüm saatdadır,
Bir gözüm də qapıda
Bax elə indicə
Bax elə bu saatca
Gələcəksən, bilirəm...
Bircə dəfə zəng etsən
Nömrəm də həminkidir.
Deyəsən ki, nə alım?
Aç qapını gəlirəm...
Vallah qapım da açıq
Hərdən külək də döyür
Elə bilirəm sənsən...
Bəs yaxşı, denən görüm,
Mən öləndə gələrsən?
© 2020 - Created by İLK XEBER.