İlkxeber.org xəbər verir ki, müsabiqə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin himayəsində Bakı Təhsil Müşaviri/TİKAəməkdaşlığı ilə və Bakı Anadolu Türk liseyinin təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı , Azərbaycanın Baş Prokuroru Kamran Əliyev, Təhsil Nazirinin müavini Muxtar Məmmədov və başqaları iştirak ediblər.
Müsabiqə 20 yanvar 2021-ci il tarixində elan edilib. Şagirdlərin yazdığı şerlər 15 aprel 2021-ci il tarixədək qəbul olunub.Müsabiqəyə Azərbaycanda litsey təhsili alan şagirdlər tərəfindən Təhsil Müşavirliyinin internet ünvanı vasitəsilə “onlayn” və e-mail yolu ilə 659 şer ilə müraciət edilib.
Toplanan şerlər AYB üzvlərindən, Azərbaycan Təhsil Nazirliyinin nümayəndələrindən, Bakı Türk Anadolu liseyi və Atatürk liseyi ədəbiyyat müəllimlərindən yaradılan bir münsiflər heyətinin ciddi çalışmaları nəticəsində ön ələmə ilə 120 şeir müəyyənləşdirilmiş, final mərhələsində ən yüksək qiymət alan ilk şeir müsabiqənin qalibi olaraq seçilib.
© 2020 - Created by İLK XEBER.