QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva ilə MÜSAHİBƏ

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəy Agentliyinin icraçı direktoru Aygün Əliyeva Real TV -ə müsahibəsində Azərbaycan ictimaiyyətinin və siyasi həyatının dəyişdiyini və bunun qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti daxil olmaqla, bütün təşkilatlara təsiri və sair haqqında ətraflı məlumat verib.

Müsahibədə, agentliyin hədəfləri, proqramları və layihələri haqqında da danışan Aygün Əliyeva bildirib ki, Vətən müharibəsindən sonra əldə olunan Zəfər ümumilikdə geosiyasi proseslərə öz təsirini göstərib və Azərbaycanın ictimai, siyasi həyatının bütün seqmentləri, eyni zamanda da bu canlı orqanizmin tərkib hissəsi olan vətəndaş cəmiyyəti, qeyri hökumət təşkilatları dəyişib: “Amma bu dəyişiklik hansısa dövlət qurumunun müəyyənləşdirdiyi hədəflər və tələblər çərçivəsində yox, qeyri hökumət təşkilatlarının özlərinin ehtiyacları çərçivəsində dəyişib. Çünki vətəndaşlarımızın Azərbaycan əhalisinin zamanla ən böyük arzusu idi ki, gün o gün olsun ki, biz o torpaqlara qayıdaq, zəfər əldə olunsun. Bu gün vətəndaş cəmiyyəti də həmin o ehtiyaclardan doğan dəyişiklikləri hazırdır. Biz unutmamaq ki, elə bir geosiyasi məkanda yaşayırıq ki, bu reallığı qəbul etmək istəməyən qüvvələr də var”.

 Ətraflı məlumatlar üçün müsahibənin YouTube videosunu izləyə bilərsiniz.