DÇ-2022: Fransa millisi qrupu lider kimi başa vurub

Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.


"Rupor" un məlumatına görə, son turda Tunis yığması ilə qarşılaşan "xoruzlar" 1:1 hesablı heç-heçəyə razılaşıb.

Hesabı 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri açıb. Əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə isə Antuan Qrzimann yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Fransa seçməsi 1/8 finala birincisi kimi yüksəlib Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək. 

20:18

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda hesab açılıb.

"Rupor" un məlumatına görə, Afrika təmsilçisi 58-ci dəqiqədə Vəhbi Xəzrinin vurduğu qolla önə keçib./report