İstanbulda terror aktı: 6 ölü, 81 yaralı – VİDEO

İstanbulun Bəyoğlu səmtindəki İstiqlal prospektində partlayış baş verib. 

Ilkxeber.org xəbər verir ki, ilkin məlumatlara görə, 4 nəfər ölüb.

 

Türkiyənin Vitse-prezidenti Fuat Oktay isə İstanbulda törədilən partlayışla bağlı verdiyi açıqlamada partlayış zamanı 6 nəfərin öldüyünü, 2-si ağır olmaqla 81 nəfərin yaralandığını bildirib. 

Partlayışın səbəbləri hələ müəyyən edilməyib. Dərhal hadisə yerinə təcili tibbi yardım maşınları və polis göndərilib. 

Yaralılardan bəzilərinə ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb. 

Hadisə yerinə gələn polis təhlükəsizlik tədbirləri görüb, piyadaların və xüsusi maşınların hərəkəti üçün küçəni bağlayıb. Bundan əlavə, Taksim məscidi bağlanıb, təhlükəsizlik məqsədi ilə ərazidə vertolyot patrul edir. 

İstanbul valisi Əli Yerlikaya da öz növbəsində İstanbulun İtiqlal prospektində baş verən partlayışda ölən və yaralananlar barədə məlumat verib. 

Onun sözlərinə görə, partlayış nəticəsində, ilkin məlumatlara görə, 4 nəfər ölüb, 38 nəfər yaralanıb. 

"Bu gün yerli vaxtla saat 16:20-də Bəyoğlu rayonu İtiklal küçəsində partlayış baş verib. Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər, təhlükəsizlik qüvvələri və AFAD briqadaları cəlb olunub", - Yerlikaya Tvitter-də yazıb. 

İstanbul Baş Prokurorluğu İstiqlal küçəsində baş verən partlayışla bağlı araşdırmalara başlayıb. 

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fəxrəddin Altun öz növbəsində qeyd edib ki, Türkiyənin bütün səlahiyyətli strukturları İstiqlal prospektində baş verən partlayışla bağlı hərtərəfli araşdırma aparır.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya yola düşməzdən əvvəl keçirdiyi mətbuat konfransında İstanbulun İstiqlal prospektində törədilən terror aktına münasibət bildirib.

Ərdoğan İstiqlal prospektində baş verən partlayışda 6 nəfərin öldüyünü, 53 nəfərin yaralandığını bildirib.