Ərdoğandan Qarabağla bağlı Ermənistana ÇAĞIRIŞ: Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfəri öncəsi mətbuata açıqlama verib. 

Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün vasitəçilik səylərini davam etdirdiyini bildirib. 

Ərdoğan Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısında iştirak etmək üçün Özbəkistana yola düşməzdən əvvəl mətbuata açıqlama ilə çıxış edib. Ərdoğanın gündəmində taxıl daşınması müqaviləsi də var idi. 

Mövcud əlaqələrin inkişafı ilə bağlı mühüm görüşlər keçirəcəklərini bildirən Ərdoğan, "Alınacaq qərarların faydalı olmasını arzu edirəm" deyib.

''Bu, bir lider siyasətidir, lazım olanı etdik. Putinlə bir-birimizə hörmət edirik. Rusiyanın Xersonla bağlı qərarı müsbət qərardır, mühüm qərardır", - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Qarabağ Zəfərinin ildönümü ilə bağlı da danışıb, Ermənistanla danışıqlara diqqət çəkib:

"Nəhayət, biz Praqada Ermənistanla danışıqlar apardıq. Biz onlara çox açıq şəkildə dedik ki, siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, biz Türkiyə olaraq Ermənistanla münasibətlərimizi müsbət istiqamətdə inkişaf etdirəcəyik, hələ bu mərhələyə çatmayıb. Davamlı olaraq diasporlar Fransa və ABŞ-da əleyhinə işləyirlər. Bu, əleyhinə çalışmalar prosesə mənfi təsir edir. Bu neqativ cəhdləri müsbət istiqamətə çevirəcək Ermənistan rəhbərliyidir. Onlar buna nail olsalar, bizim də perspektivimiz müsbət mənada dəyişəcək”.