Asif Mərzili Türkiyənin “ANADOLU YAKASI XƏBƏRLƏR” qəzetinin köşə yazarı və dərginin Azərbaycan təmsilçisi seçilib…

Medianın İnkişafı Agentliyinin layihələri çərçivəsində “Təzadlar” qəzetinin regional əlaqələrini genişləndirmək istiqamətində fəliyyətimizi davam etdiririk. Qəzetin rəsmi tezadlar.az saytının MEDİA-nın layihələrində fəal iştirakı sayəsində beynəlxalq əlaqələrimizdə daha bir uğurlu addım atılmışdır. Belə ki, qəzetin (saytın) rəhbəri Asif Mərzili 2008-ci ildən fəaliyyətə başlamış Anadolu Yakası Xəbərlər”  qəzetinin (saytın) köşə yazarı və qəzetin Azərbaycan təmsilçisi seçilmişdir.

Bu barədə Trtajans Holdinqinin rəhbəri dəyərli Salih KURT “Təzadlar”a məlumat vermişdir. Bu barədə "Anadolu Yakası Xəbərlər” qəzetinin rəsmi saytında da təmsilçiliyi təsdiqləyən məlumatlar yerləşdirilmişdir.

Xatırladırıq ki, qəzetin Məsul Baş Redaktoru İbrahim DİNÇ, Baş redaktoru Selen Dinc TELLI, Hüquq məsləhətçiləri- Atila TEKINYER, Anadolu Yakası Nümayəndəsi Əli Serdar ÇOLAKOĞLU, Marmara Region nümayəndəsi Elif BEYDOĞAN, Aralıq dənizi bölgəsi nümayəndəsi Müslüm AKTÜRK (TİNGADER vitse-prezidenti), qəzetin texniki redaktoru (KASSAK-ın SƏDRİ) Salih KURT, Qara dəniz regionu nümayəndəsi Yasemin KURT, Trakya Bölgəsi Nümayəndəsi Mevlüt GÜLER, Ege bölgəsi nümayəndəsi Ogulcan DINC, Kipr nümayəndəsi Aygen BLACK DUMAN, Almaniya nümayəndəsi Malik KARABULUT və Azərbaycan təmsilçisi Asif MEMMEDLI (Mərzili)dir. Nəşr Regional Yerli Dövri Qəzetdir.

Xatırladırıq ki, Asif Mərzili ötən il 44 günlük Zəfər müharibəmiz haqqında, eləcə də Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ermənistanın 30 illik işğalına son qoyulması və s. barədə Türkiyə mediasındakı (xarici dillərdə) yayımlanan məqalələrinə görə həm də Avropa Mətbuat Federasiyasına üzv seçilmişdir.