Bu gün Redaktor.az-ın 6 yaşı tamam oldu


Bu gün Redaktor.az xəbər portalının fəaliyyətə başlamasının 6 ili tamam olur.

İlkxeber.org-un məlumatına görə, Redaktor.az portalı 2019-cu il aprelin 10-da yaradılıb.

Saytın təsisçisi Seymur Şeydayev, baş redaktoru Aqil Aslandır.

"Redaktor.az qısa müddətdə Azərbaycanda özünü ciddi xəbər saytı kimi tanıda bilib. Ölkəmizin ictimai, siyasi, sosial, mədəni həyatındakı yenilikləri, dünyada baş verən hadisələri, maraqlı məlumatları, açıqlamaları oxuculara çatdırır, cəmiyyəti düşündürən problemləri işıqlandırır, araşdırma, təhlil, müsahibə, digər janrlarda materiallar təqdim edir, operativ xəbər istehsalı ilə məşğuluq.
Məqsədimiz heç bir sifariş yerinə yetirmədən, kiminsə şərəf və layəqatinə toxunmadan peşəkar fəaliyyətdir və belə də davam edəcəyik", - deyə baş redaktor Aqil Aslan Redaktor.az-ın 6 yaşı ilə bağlı açıqlamasında bildirib.

Həmkarlarımızı ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq.