Tanınmış Jurnalist Qadir İbrahimli vəfat etdi

 

Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist Qadir İbrahimli xəstəxanada vəfat edib.

Bu barədə Ilkxeber.org-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 53 yaşlı jurnalist az öncə dünyasını dəyişib.Onun dəfn üçün doğulduğu Lənkərana aparılacağı bildirilir.

Qeyd edək ki, Qadir İbrahimli 1969-cu ildə Lənkəran rayonunda anadan olmuşdu. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdi. Müxtəlif mətbuat orqanlarında çalışmış, iqtisadi mövzularda yazılar yazmışdı.

2014-cü ildən yaratdığı İstiqlal.az saytına rəhbərlik edirdi.

***

09:48

Jurnalist Qadir İbrahimli vəfat edib.

Ilkxeber.org xəbər verir ki, bu barədə jurnalistin yaxın dostları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edək ki, jurnalist iki gün öncə kəskin qaraciyər sirrozu diaqnozu ilə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin.