22 iyulda jurnalistlərə mənzillər veriləcəkmi?

Söz sırası MEDİA-da və media nümayəndələrindədir

Milli Mətbuatın 147-ci illiyi yaxınlaşır. Bu səpkidə müzakirə olunan mövzulardan biri media cameəsində “Jurnalistlər şəhərciyi” kimi tanınan ərazidə yerləşən üçüncü binadadakı mənzillərin jurnalistlərə verilməsi məsələsidir. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif paylaşımlar edilir, müxtəlif fikirlər ifadə olunur. Amma rəsmi açıqlama və mövqe yoxdur.  
Bir neçə gün əvvəl həmin ərazidə yaşayan jurnalistlərdən biri “Qalstuklu şəxslər üçüncü binanın şəklini çəkib getdilər” məzmunlu paylaşım etmişdi, ardınca müxtəlif media nümayəndələri öz fikir və mövqelərini ifadə etmişdilər. Görünən odur ki, mənzillərin paylanması ilə əlaqədar müəyyən hərəkətlilik var.  
Əldə olunan məlumata əsasən, bina tam hazır vəziyyətdədir, istismara verilə bilər. Yəni texniki və infrastruktur məsələləri imkan verir ki, mənzillər 22 iyul tarixində jurnalistlərə təqdim olunsun. Ehtiyacı və haqqı olan media nümayəndələri isə səbrsizliklə gözləyirlər. İndi söz sırası aidiyyəti qurumlarda, o cümlədən MEDİA-da və media nümayəndələrindədir.