Azərbaycanlı sahibkarlar bir araya gəldi "Happy Business Event" adlı tədbirdə

Yeni il ərəfəsində “Ramada Hotel”də
Akbarly Group, Modern Young, "Biznes Azərbaycan" qurumlarının təşkilatçılığı ilə  “Happy Business Event” adlı tədbir baş tutub. Tədbirdə iş adamları, qadın sahibkarlar, marketoloqlar və biznes ictimaiyyətinin nümayəndələri iştirak edib.
“Uber” beynəlxalq taksi aqreqatorunun Azərbaycanda rəsmi tərəfdaşı olan “Brobers” şirkətinin baş sponsorluğu ilə baş tutan tədbirdə müxtəlif sahələri təmsil edən sahibkarlar bir-biri ilə tanış olmaq imkanı əldə edib, faydalı müzakirələr aparıblar.

“Port Bazar” və “Rotoken” layihələrinin qurucusu, “Grandmart”, “Megastore”, “Bolmart” supermarketlər şəbəkəsinin rəhbəri, tanınmış iş adamı Turan Özbahçeci, “Destec Group” şirkətinin direktoru, “Socar Petkim” şirkətinin sabiq vitse-prezidenti Sakit Səmədov gənclərə biznesdə uğur əldə etməyin sirləri, qarşıya çıxan əngəllərin aradan qaldırılması istiqamətində öz tövsiyyələrini veriblər.

Tədbirdə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri, Bakı Tesktil Fabrikinin direktoru Səkinə Babayeva,  AQSİA-nın icraçı direktoru, Əməkdar jurnalist Mətanət Ağamirli və digər natiqlər tədbirin əhəmiyyətindən danışaraq, bu cür görüşlərin davam etdirilməsinin vacibliyindən bəhs ediblər. Sonda iştirakçılar arasında lotereya keçirilib və qaliblərə hədiyyələr təqdim edilib. Tədbir musiqili-əylənəcəli hissə ilə davam etdirilib.

Ilkxeber.org