"Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi Paneli” keçirildi – FOTOLAR

Türkiyə Respublikası Prezident  Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr başda olmaqla, bütün Türk dünyasında ortaq fikir, ortaq ideya, ortaq gələcək və ortaq fəaliyyət şüurunun müzakirə edildiyi panel proqramı keçirilib.

İlkxeber.org xəbər verir ki, 3 May – Türkçülük Günü münasibətilə Bakıda, Heydər Əliyev Mədəniyyət Mərkəzində keçirilən panel iclasda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələri olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən rəsmi nümayəndələr qatılıb.

Toplantıdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Tədbirin şüarı Türk ziyalısı İsmayıl Qaspıralının Türk dünyasının ortaq kimliyini özündə əks etdirən “Dildə, fikirdə, işdə birlik” ifadəsi olub.

Panel iclasdan əvvəl vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və media nümayəndələri ilə iki ayrı dəyirmi masa görüşü təşkil edilib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

O, bildirib ki, paneldən əvvəl Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Səfirliyin əməkdaşı bildirib ki, Türk dünyasının birliyi sayəsində qarşısının alınması mümkün olmayan problem yoxdur.

Türkiyənin Azərbaycandakı əlahiddə səfəri Birol Akgün tədbirdə çıxış edib.

"3 may - Türk dünyasının həmrəyliyi günü tarixi bir fürsətdir. Bu səhər keçirilən görüşlərdə müxtəlif baxışların müzakirəsi nəticəsində gələcəyə işıq tutacaq ideyalar ortaya çıxdı və bu ideyalar birliyimizi, həmrəyliyimizi daha da gücləndirəcək. İsmayıl Qaspıralının "Dildə, işdə, fikirdə birlik" ifadəsi təkcə keçmişin deyil, eyni zamanda gələcəyin də mühüm yol xəritəsidir."- o deyib.

Səfir, qeyd edib ki, panel çərçivəsində fikir birliyi əsasında cəmiyyətin baxış tərzinin inkişafı planlaşdırılır: "Biz, bu günün intellektual şəxsləri olaraq, dövrün çağırışlarına cavab verəcək gücə sahibik. Türk Dövlətləri Təşkilatı (TDT) yalnız regional bir platforma deyil, strateji vizyonun təcəssümüdür. XXI əsrin yeni iş modeli kimi TDT mühüm əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyindən tutmuş digər sahələrə qədər birgə fəaliyyəti dəstəkləyirik."

Paneldə spikerlər Mətbuat Şurası İdarə Heyətinin üzvü Akif Aşırlı, Qazaxıstan Türk Akademiyası direktorunun köməkçisi Askhat Kessikbayev, Qırğızıstanın millət vəkili Dastanbek Dzhumabekov, Özbəkistanın İnkişaf Strategiyası Mərkəzinin xarici siyasət və təhlükəsizlik sahəsindəki islahatların təhlili və monitorinqi şöbəsinin müdiri Farrukh Khakimov, Şipali Kipr Prezidentinin müşaviri Gökhan Güler, TDT Macatıstan nümayəndəliyi icra direktoru Balazs Hendrich mövzu ətrafında çıxışlar edərək öz fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.