Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.
Məlumat üçün bildirək ki, Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunurdu. Bu barədə AZAL-ın yaydığı məlumatda deyilirdi ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.
Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Qeyd edək ki, ötən gücə Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya kütləvi hücum həyata keçirib. Hücum nəticəsində ölən və yaralananlar var.
© 2020 - Created by İLK XEBER.