YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Aygün Əzizovanın layihə rəhbəri olduğu "Zərif Duyğular " adlı sərgi təşkil olunub. Qeyd edək ki, sərgi 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunub. Sərgidə müxtəlif yaş qrupundan olan 150 nəfər rəssamlar iştirak edirdilər. Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə sərgidə iştirak edən xanımları təbrik edib, onlara xoşbəxtlik arzulayıb Sonra söz Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya verilib.
Elnurə xanım çıxışında Azərbaycan xanımlarının fədakarlığından söz açaraq rəssam xanımları təbrik edib və hər birinə can sağlığı, uğurlar arzulayıb.
Tədbirin yekununda sərgidə iştirak edən rəssamlar Fəxri Fərmanlar və Plaketlərlə təltif olunub və xatirə şəlilləri çəklib.
Müxbir: Aygün Oqtay
Fotolar: Ayazındır
Operator: Xatirə Məmmədova
© 2020 - Created by İLK XEBER.