“Qoy məni doğrasın, bir loğman əli...” - həkim Hacı Himayət Mahmudovun 75 illlik yubileyinə təbrik əvəzi

Çoxillik dostum, gözəl insan Hacı Himayət həkimin bu gün 75 illik yubileyidir. Hacı Himayəti bir peşəkar həkim, nüfuzlu şəxsiyyət kimi nəinki Yardımlıda, onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. İxtisasca həkim olsa da, olduqca maraqlı həmsöhbət, kövrək qəlbli gözəl ziyalı, ərklə dost deyə, qapısını döyə biləcəyin bir ünvandı. Hacı ilə həmsöhbət olmaq, onun şirin söhbətlərinə qulaq asmaq bir könül xoşluöu, ruh dincliyidir. Hacının həyatının bu 75 ili ilə bağlı bir-birindən maraqlı və zəngin xatirələri var, xüsusilə 1990-cı illərdə xalq hərəkatının geniş vüsət aldığı illərlə bağlı bəzən kövrək və şirin, eləcə də tariximizin ən qarışıq dövrü barəsindəki bu unudulmaz xatirələri olduqca qiymətlidir. Qısaca onu deyim ki, Hacının bıçağı insanlara şəfa, sözü mənəvi qda verir. Hacını yubiley münasibətilə ürəkdən təbrik edir, cansağlığı və uzun ömür arzulayıram.
Dostumuz Nəsib Abid Hacı Himayət barəsində olduqca səmimi fikirlərini qələmə alıb. Oxumağınız məsləhətdir.
Hörmətlə, Xanoğlan Əhmədov



Məslək seçimi, insanın daxili dünyasının pozitiv həyati enerjisini üzə çıxardır. Məslək seçimi, insanın mənəvi düşüncəsinin həyat psixolojisini dəyişdirir. Məslək seçimi, insanın könül dünyasının zənginliyini ortaya qoyur. Pozitiv həyat enerjisi, insanın bilik və bacarıqlarının həyat dinamitləridir. İnsanın mənəvi varlığının həyat psixolojisini dəyişdirən həyat məsləyidir...
Həyat məsləyi, könül dünyası ilə birləşəndə insanın mənəvi zənginliyi əldə olunur.  Həkimlik məsləyi ilə Ağsaqqallıq zirvəsini fəth edən, həyat ruhunu insanlıq üçün xərcləyən ziyalılarımızdan biri həkim-loğman adını qazanmış Hacı Himayət Mahmudovdur.
Hacı Himayət həkimin həyat məsləyi həkimlik olsa da, onun həyat tribunası xəstələrinin dərdlərinə məlhəm olmaqdır.
Gözəl şairə Pərvanə Əliyevanın “Həkim” şeiri həkimliyin insanlığın ən ali məsləyi kimi həyat statusuna həsr olunub. .

İşıqlı dünyadan əl üzüləndə,
Xəstə ürəklərə şəfadı Həkim!
Tanrıdan sonrakı köməyə gələn,
Yeni can bəxş edən dühadı Həkim!


Hər bir məsləyin öz gözəlliyi, öz məslək sirləri var. Hər bir məsləyin öz mənəvi duyarlılığı, öz məsləki, məsuliyyəti var. Hər bir məsləyin öz çətinlikləri, öz mənəvi-psixoloji cizgiləri var. Həkimlik məsləyinin hədəfi, insanın həyat sağlamlığını təmin etməkdir. Həkimlik məsləyinin psixolojisi xəstəliklərin kəşfi və onların insanı təhdid etməsinin aradan qaldırılmasıdır. Həkimlik məsləyinin həyat cizgisi, insanın həyat duruşunun kimyasını moralizə etməsidir. Hacı Himayət həkimin ağ xalat geydiyi gündən, insanlara sevgiylə bağlanması, ona həyati kamilliyinin yerində olduğunu göstərdi.

Vaxtsız düçar olsa, xəstəlik cana,
Başına dolansa ata, həm ana...
Qardaş  da, bacı da qalsın bir yana,
Səni sağaltmağa, cəfadı Həkim!


Bilik, hər bir məsləyin və o məslək sahibinin həyat qaynağıdır. Bacarıq, məslək sahibinin həyat təcrübəsindən düzgün yararanmasının sonucudur. Sevgi isə, hər bir mənəvi varlığın həyati göstəricisidir. Həkimlik məsləyi, həyatın dinamikasına uyğun olaraq, daima yeniləşmə tələb edir. Təcrübə və nəzəriyyə arasında uzlaşma, daima həkimlik məsləyinin psixolojisini dəyişdirir. Həkimlik məsləyinin sosioloji tərəfi, insanın könül sevgisinin birəbir simpatizanı kimi həlledici rola malikdir. Haci Himayət həkimin həyat təcrübəsi onun nəzəri biliklərinin həyata keçməsinə vəsilə olur daima.

Can qoyar, tər tökər xəstənin üstə,
Ayılan anadək, ürəyi səsdə...
Sonunda göz açar, dünyaya xəstə,
Etibar - inamdı, vəfadı Həkim!


Həkimlik məsləyinin həyat cizgisi, xəstənin xəstəliyini müalicə etməkdir. Xəstəlik məsləyinin könül sevgisi, insanın arzu və istəklərini açığa çıxarmaqdır. Həkimlik məsləyinin psixolojisi, insanı ruhi-psixoloji cəhətdən özünəgüvənli etməkdir. Xəstənin xəstəliyinin müalicəsi həkimin xəstəyə sevgiylə yanaşmasından asılıdır. İnsanın istək və arzularına cavab verə bilmək həkimdən qayğıkeşliklə xəstəyə münasibət bildirməsinə bağlıdır. Xəstəliyin müalicəsi həkimin Hippokrat andına əməli cəhətdən özünəgüvənli şəkildə ayarlanmasıba səbəb olur. Hacı Himayət həkimin həkimliyə həyat və könül məsləyi kimi başqasının arxasında duran əsas vəzifə onun həyat dilini mükəmməl şəkildə öyrənməsindədir.

Susmuş ürəklərə yeni can verən,
Təlaş, həyəcanla ömrünü sürən...
Xəstəsiylə birgə qəmə bürünən,
Qiymətli insandı, cəfadı Həkim!

Fədakarlıq, insanın mənəvi düşüncəsinin ən ali hisslərinin dayağıdır. Cəfakeşlik, insanın zəhmət tələb edən həyat ruhunun axtarışıdır. Mərdanəlik, insanın könül dünyasının zənginliyi ilə yaranan həyat ideallarının doğuşudur. Hacı Himayət həkim öz həyat məsləyinə fədakarcasına qulluq edən həkimlərdəndir. Hacı Himayət həkim, öz məsləyini əl əməyi, göz nuru ilə sevə-sevə həyatda ayaq üstə tutub, öz könül məsləyini duya-duya xəstələrinə şəfa verərək özünü sevdirə bilib. Ona ağ saç, ağ xalat çox yaraşır.

Bu gün Hacı Himayətin 75 illik yubileyidir, həkimliyinin isə 55 illik dönəmi başa çatır. Hacı Himayət həkimliyini vəzifə məkanına dəyişmədi. Uzun müddət Yardımlı rayon Mərkəzi xəstəxanasının həkimi, Baş həkimi, şöbə müdiri olsa da, sevənlər onu gülər üzlü, bilikli həkim kimi sevirlər. Bu gün paytaxtdan yanına gələnlər, gözlərini nurlu olmasını Hacı Himayət həkimim müalicəsində axtarırlar. Hacı Himayət həkimin bu uğurunun arxasında "Qurani-Kərim" də adı keçən həkim, həm də peyğəmbər kimi tanınan Loğman həkimin müdrik düçüncəsi dayanır. Loğman həkim öz müdrik kəlamlarından birində deyir: "sevgi və məhəbbətdən daha etkili bir ilac yoxdur"! Hacı Himayət həkimin məslək üstünlüyü də, məhz bu məslək sevgisinə dayanır.
Uğurları bol olsun, həkim Hacı Himayət Mahmudov qardaşımın. Can sağlığı və həyati sağlamlıq arzulayıram səmimi qəlbdən...

Hörmətlə,
Nəsib Abid, filoloq

24 fevral 2024-cü il