Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışlarını başa vurub.
İlkxeber.org-un məlumatına görə, bu gün mübarizəyə qoşulan Yelena Taranova və Kamran Zeynalov 50 metr məsafayə güllə atma növündə finala vəsiqə qazana bilməyib. Taranova 503 xalla 29-cu, Zeynalov isə 518 xalla 20-ci olub.
Qadın para-atlet Yulia Yanovskaya 400 metr məsafəyə qaçışda 57,18 saniyə ilə 5-ci yeri tutub. Eyni növdəki Lamiyə Vəliyeva məsafəni 55 saniyəyə qət edərək qızıl medal qazanıb və paralimpiya rekordunu qırıb.
Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.
Beləliklə, Tokio-2020 Yay Paralimpiya Oyunları Azərbaycan idmançıları üçün başa çatıb. Yarışda ölkənin 34 paralimpiyaçısı mübarizə aparıb.
Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında hazırda 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, yarışa sentyabrın 5 də yekun vurulacaq.
© 2020 - Created by İLK XEBER.