Misirdə kişi həndbolçular arasındakı dünya çempionatının 1/4 finalçıları müəyyənləşib.
"Report"un məlumatına görə, son vəsiqəyə Qətər millisi yiyələnərək, İsveçə rəqib olub. Növbəti mərhələdə İspaniya - Norveç, Danimarka - Misir və Fransa - Macarıstan görüşləri də gerçəkləşəcək. Oyunlar yanvarın 27-də keçiriləcək.
Yanvarın 29-da yarımfinal, yanvarın 31-də isə 3-cü yer uğrunda və final matçları nəzərdə tutulub.
Qeyd edək ki, həndbol üzrə dünya çempionatı hər iki ildə bir dəfə təşkil olunur. Son çempion Danimarka yığmasıdır. Misirdəki mundiala pandemiya səbəbindən azarkeşlər buraxılmır.
© 2020 - Created by İLK XEBER.