Yadınızdadımı bizim "indeyski Vaqif"in bir filmi? Mən adını unutmuşam, amma o filmin bütün mahiyyəti, dəyəri bilirsinizmi nə idi, nədəydi?
Heydər Əliyev dogrudan da nəhəng siyasətçiydi, müdrik insan idi, sədaqəti, əxlaqı və əxlaqsızlıgı dəyərləndirə, mahiyyətini anlaya bilirdi. Bunlar öz yerində. Dəfələrlə yazmışam, bir də yazıram: bu xalq Heydər Əliyevdən heç nə öyrənmədi!!! Ən azından, şəxsi düşməndən qisas almaģısa da öyrənə bilərdi.
Ən azından, hər kəs öz çapında yaxşılıģa, dar günündə yanında olana minnətdarlıq etməsindən öyrənə bilərdi!
Bir Aydın Mehdiyev vardı - normal jurnalist saymaq olar. Onda "Nezavisimaya qazeta" üçün bir yazı vermişdi Heydər Əliyevdən. Heydər Əliyev hakimiyyətə gələn kimi, onu bir yazının, cəmi-cümlətanı bir yazının qarşılıgında Fransadakı səfirlikdə ikinci katib qoydu (10 il Allahşükür Paşazadə üçün, 15 il də Sabir Rüstəmxanlı üçün "mətbu killer"likdən sonra biri ləkələtdirdi, yutubda videomu qoydurdu, hələ üstəlik də tutdurdu, biri də Azərbaycan hərflərinin davasını döydüyüm üçün "fars tulası" yazdı), halbuki Aydının öz ixtiyarına buraxmışdı hansı işi istəməyi. O ayrı söhbətdi ki, Aydın Mehdiyev diplomatik olimpə yüksəlmək yolunu tutmaqdansa, başladı öz müdirəsi Eleonoranın paçasını güdmək partizanlıģı etməyə və sonda səfirlik sistemindən məhrum edilməyə, necə ki Vaqif Mustafayev "indeyski" kinolara baxır, baxdırır: deyəsən, bu bədbəxtin uşaqlıqda ya pulu olmayıb "indeyski" kinolara baxmaga, ya da mənim kimi, dədəsi qoymayıb baxmaga. Keçək mətləbə: Vaqif Mustafayevin həmin filmində... Mixail Sergeyeviç Qorbaçovun Heydər Əliyev haqqında etirafları və Heydər Əliyevi etirafı var: "On xitroumnıy!"
Heydər Əliyevi siyasi olimpdən düşürən, haqqında Rüstəm Ibrahimbəyovun, Çingiz Hüseynovun yanında Heydər Əliyevin xahişini edən Əbdürrəhman Vəzirova "Raxman, yeqo nado odin raz sudit, potom yeşyo tısyaçu raz nado sudit! Zanimaysya svoim delom",- deyən M.S.Qorbaçova bunu dedirtmək elə onun siyasi və ailə namusunu yenmək kimi bir şey idi (mən abırlı deməyə məcburam)!
Bu etirafı ondan Vaqif Mustafayev təşkil olunan müsahibədə qoparmışdı - pərdəarxası danışıqlardan, sövdələşmələrdən asılı olmayaraq!
Deməyim o ki... boş verin... VVP-nin "tripaç"lıģını! Şah oglu Şah Ilham Əliyev Paşinyan Şuşada "Yallı" gedəndə də susurdu, biz qışqırırdıq "hara baxır Ilham Əliyev?", "gəlmədi Lazım kopayoglu?", "Ilham Əliyev, bu nədi e, vətənpərvərliyimizi gah qaldırırsan, gah endirirsən, qorxudan sənə yaltaqlanırlar" (o da ayrı söhbətdir ki, o hay-küy qəh...rəmanlarının özləri bir yana, nəsillərində döyüşə gedən, vətənpərvərlik edən bircə əynişalvarlı olmadı)...
Anlamaq lazım: Azərbaycanın düşməni... Rusiyanın dövlət siyasətidir - o buzları qırmaga atom buzqıran gəmisi lazımdır. Bir az səbr edək: "Ərdoģan" atom buzqıran gəmisi, "Atilla" sualtı atom kreyseri, "Bozqurd" planetlərarsı kosmik hava gəmisi... parada çıxacaq!
Putinlə dostlaşmaģı, Putinə etiraflar etdirməyi Ilham Əliyev bacarıb, bacardı - kiminlə kimin əliylə kimin əlinə oynamaģı Ona öyrətmək yersiz: dədəsindən və dədəsinin dostu olanların oģlanlarıyla tələbə yoldaşı olanda öyrənib!
Qalır... VVP-nin fərman və sərəncamlarını "annulirovat" eləmək... hər halda, 5 il həm 30 ildən, həm də 220 ildən müvafiq olaraq, 6 və 44 dəfə kicikdir, azdır!
Üstəlik də, Azərbaycanda məntiq və riyaziyyat elmi error verir - demişəm axı sizə...