2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam edir.
80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Vasif Qafarov avqustun 14-də daha iki kənddə - Piran və Bürsülüm kəndlərində seçicilərlə görüşlər keçirib. Böyük coşqu və izdihamla keçən görüşlərdə namizəd çıxış edərək seçiciləri narahat edən problemlərdən və gələcək planlarından danışıb. Çıxış edən seçicilər isə gənc alimə öz dəstəklərini ifadə edərək 2024-cü il sentyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak edib, onu dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, Vasif Qafarov 25 yanvar 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində ziyalı ailəsində anadan olub. Tarix elmləri doktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.
Təbliğat kompaniyasını Vasif Qafarovun facebook səhifəsindən daha yaxından izləmək olar: https://www.facebook.com/vasif.qafarov.18
Görüşlərdən olan fotoları təqdim edirik.
Şöhrət Əliyev
© 2020 - Created by İLK XEBER.