Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kompaniyası çərçivəsində namizədliyini bitərəf olaraq 80 saylı Lerik-Astara seçki dairəsindən irəli sürmüş Vasif Qafarovun dairə üzrə seçicilərlə görüşləri davam edir. 127 seçki məntəqəsini əhatə edən dairədən deputatlığa namizəd olan Vasif Qafarov bütün məsuliyyətini dərk edərək seçicilərin daima yanında olacağı vədi ilə seçki marafonuna uğurla start verib.
Doğma kəndi olan Cəngəmiran kəndinin seçiciləri ilə görüşə gedən Vasif Qafarov əvvəlcə Ümummilli lider Heydər Əliyevin Lerik şəhərində yerləşən abidəsini, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə salınmış şəhidlər xiyabanını ziyarət edib.
Cəngəmiran kəndində böyük coşqu və sevinclə qarşılanan gənc alimə ağsaqqallar uğurlar dilədilər. Namizədi müşaiyət edən Azərbaycanın 10-a yaxın tanınmış alim və ziyalısı Vasif Qafarovun uğurlu və bacarıqlı bir millət vəkili olacağını əminliklə dilə gətirib.
Daha sonra Şingədulan, Molalan, Züvüç, Xanəgah, Bülüdül, Şivlə, Gürdəsər, Boykəndil, Livədirqə, Mastail, Nücü, Soru, Vistən və Brkandul, kəndlərində keçirdiyi görüşlərdə vətəndaşların qayğı və problemlərini dinləyib, məqsədini, məramını və platformasını seçicilərə çatdırıb.
Vasif Qafarov çıxış edərək rayonun problemləri ilə yaxından tanış olduğunu və hər bir seçicinin qaldırdığı məsələnin həllində dövlətin verdiyi səlahiyyətlər daxilində həllinə yardımçı olacağını qeyd edib.
80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarov: “Sizin dəstəyinizi almaq və sizi Milli Məclisdə layiq olduğunuz səviyyədə təmsil etmək ən böyük arzum və məqsədimdir. Sizin dəstəyiniz və səsinizlə mən də sizin səsiniz olacağam! Milli Məclisdə sizi təmsil edərək, çalışacağam ki, doğma Lerik və Astara rayonlarının tərəqqisinə, ölkəmizin hər bir sakinini əhatə edəcək mütərəqqi qanunların qəbuluna nail olum. 80 saylı Lerik-Astara seçki dairəsinin hər bir seçicisinin Milli Məclisdə vəkili olacağıma çalışacağam!”.
Görüşlər zamanı çıxış edən seçicilər 2024-cü il sentyabrın 1-də keçiriləcək parlament seçkilərində gənc alimə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Vasif Qafarov 25 yanvar 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində ziyalı ailəsində anadan olub. Kənd orta məktəbini əla, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2009-cu ildə fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək tarix üzrə fəlsəfə doktoru, 2022-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini alıb. Hazırda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.
Vasif Qafarov görkəmli tarixçi alim kimi ölkədə və beynəlxalq aləmdə yaxşı tanınır. Əsərləri 30-dan çox xarici ölkədə müxtəlif dillərdə dərc olub. Xarici ölkələrdə ən çox istinad olunan Azərbaycan tarixçilərindəndir. Vasif Qafarov öz elmi tədqiqatlarını davam etdirməklə yanaşı, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edir.
Bitərəfdir. Rus, ingilis və türk dillərini bilir.
Təbliğat kompaniyasını Vasif Qafarovun facebook səhifəsindən daha yaxından izləmək olar: https://www.facebook.com/vasif.qafarov.18
Görüşlərdən olan fotoları təqdim edirik.
Şöhrət Əliyev
© 2020 - Created by İLK XEBER.