Əminə Ağazadə
Milli Məclisin deputatı
Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimr Putin və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq errmənilər Qarabağdan köç edir. Plana uyğun olaraq Ağdam şəhəri artıq işğaldan tam azad olunub. Kəlbəcər və Laçın rayonlarında olan mənfur düşmən artıq bu rayonlardan köç edirlər.
Vəhşilikləri ilə özlərini dünyaya görk edən azğın düşmən köçü də özünəməxsus tərzdə həyata keçirirlər. Belə ki, evlər yandırılır, meşələr məhv edilir, ən kiçik məişət əşyası da, balaca taxta parçası da sökülüb aparılır. Əslində onları başa düşmək də olar. Çünki qayıdıb getdikləri Ermənistanda "kömək edəcəyik, çarəsiz qoymayacağıq” sözlərinə artıq heç bir erməni inanmır. Artıq orda heç kim heç nəyə inanmır. 30 ilə yaxın tarixi olan işğal sonunda ümumerməni faciəsi və məğlubiyyət xəcaləti ilə yekunlaşdı. "Dünyanın ən qədim, ən mədəni xalqlarından biri”, "sivil dünyanın avanqardında yer alan”, "Qafqaz xalqlarının mədəniyyət beşiyi” kimi onillərlə dünyaya təqdim olunan, "tarix böyu qonşularının zülmü altında əzilən, qırılan, amma yenə də öz küllərindən doğularaq əbədi dəyərlərin carçısına çevrilən”lər bu gün yüzlərlə fotokameranın, bu barbarlığı, vəhşiliyi həmin o kameraların obyektivindən izləyən dünyanın gözü qarşısında quldurcasına qəsb etdiyi torpaqlatdan çıxırlar. Bu gün Qarabağda, şanlı Azərbaycan əsgərinin azad etdiyi şəhər və kəndlərimizdə yanan təkcə bunlar deyil. Bu gün Qarabağda, Qafqazda, bütün dünyada "Böyük Ermənistan” xəyalları, "ermənilik mifi” yanaraq kül olur. Boğazlarını az qala yırtaraq car çəkdikləri "minillik mədəniyyət”, "tarixi ənənə” xülyaları tüstüyə çevrilərək bu torpaqlardan səmasından belə yox olub gedir.
Onlar bu torpaqların əsil sahiblərinə dünyada tayı-bərabəri olmayan terror törədib uşaqları süngüyə çəkiblər. Yaşlı insanlara ən qəddar işgəncələr veriblər. Gəlin-qızlarımızı təhqir ediblər. İnsanlarımızla yanaşı milli, tarixi abidələrimizi dağıdıblar. İnsanlara verdikləri zülmlər onlara azlıq edirmiş kimi təbiətə qarşı terror törədiblər. Kəlbəcərdə olan qızıl yataqlarını istismar edib, orada olan yeraltı sərvətləri sümürüblər. Nəinki Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Şuşada yerin üstünü deyil, yerin altında olan sərvətləri daşıyıb aparıblar.
Budur bizim düşmənimiz! Yaxşı bir deyim var "Dostun dost olunca düşmənin düşmən olsun!" Ancaq bizim düşmənimiz acgöz, bizim düşmənimiz arsız, namussuz və terroristdir. Bu terrora isə dur deyildi. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz nəinki öz dədə-baba torpaqlarımızı işğaldan azad etdi. Eyni zamanda regionu erməni bəlasından qurtardı. Artıq illər keçsə belə onlar özlərinə gələ bilməyəcək.
Sonda isə fikrimi bir nüansa yönəltmək istəyirəm. Fantastik əsərlərdə rast gəldiyimiz kimi, əgər torpaq, ağac, hava belə sənə yaddırsa, səni özününkü hesab etmirsə, onlar da sənə düşmən kəsilir. Bu torpaqların əsil sahibləri öz evlərindən çıxanda heç nəyə toxunmadılar. Çünki, qan yaddaşlarında olan, şüuraltı səviyyədə genlərinə, canlarına keçən bir Ali Həqiqət və Ali Ədalət var idi. Bu Ali Həqiqət onlara həmin bu torpağa gec-tez qayıdacaqlarına inandırırdı. Və həmin o Ali Ədalət bu torpağı mənfur düşmənə məzar, o ağacları tabut, o cənnət havanı cəhənnəmə çevirdi. Məğlubiyyət həmişə acıdır. Amma bu məğlubiyyət vəhşi nifrət və qəzəblə yoğrulubsa, acısı min dəfələrlədir. Bu gün Qarabağ torpağından köç edən ermənilər bütün dünyaya min illər əvvəl yaşamış köçəri barbarları xatırladır. Özlərindən sonra yalnız xarabalıq buraxan barbarları. Bu isə onların son xislətidir!
© 2020 - Created by İLK XEBER.