Böyük fəxarət hissi ilə deyə bilərik ki, Vətən Müharibəsi döyüş sahəsində Azərbaycanın açıq və danılmaz qələbəsi ilə, diplomatiya sahəsində isə böyük üstünlüyü və uğurları ilə bitdi. 45 gün ərzində işğal altında olan torpaqların əksər qisminin azad edilməsi və son anda Şuşanın alınması Azərbaycan ordusunun döyüş sahəsində qazandığı böyük bir qələbədir. Eynilə bunun kimi, 10 noyabr 2020-ci il tarixli razılaşma da, Azərbaycan diplomatiyasının masada əldə etdiyi eyni səviyyəli uğur və müvəffəqiyyətdir. Qəti əminik hissi ilə belə deyə bilərik ki, Azərbaycan ordusunun döyüş sahəsində qazandığı bu qələbə hərb tarixinə qəzəl hərflərlə yazılacağı kimi, Azərbaycan diplomatiyasının əldə etdiyi bu uğur da diplomatiya ilə bağlı dərsliklərdə öz şərəfli yerini alacaqdır. Vətən müharibəsini aparmaqda bizim yeganə məqsədimiz torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Erməni qəsbkarlarını sülhə məcbur etməklə buna nail olmaq imkanı yarandı. Biz, daha çox qan tökülməsin, analar gözü yaşlı qalmasın deyə, bu imkandan istifadə etməyə qərar verdik və 10 noyabr 2020-ci il tarixli razılaşmanı imzaladıq. Bu razılaşmanın ilkin variantı və Azərbaycan diplomatiyasının qəti tələbi və israrı nəticəsində yaranan son variantı arasında bir sıra fərqlər vardır. Bu fərq, başlıca olaraq, 6-cı maddədə müşahidə olunur. 2-ci, 8-ci və 9-cu maddələrdə də redaktə xarakterli bəzi düzəlişlər vardır. Razılaşmanı birinci maddəsi hər iki variantda tamamilə eyni və identikdir. İkinci maddə ilkin variantda belə idi: 2. Агдамский район и территории, удерживаемые Армянской Стороной в Газахском районе Азербайджанской Республики, возвращаются Азербайджанской Стороне до 20 ноября 2020 года. Gələcəkdə imzalanacaq sülh müqaviləsində Respublikamızın digər regionlarında sərhədlərin dəqiqləşdirilməsi işində bağlayıcı faktor kimi çıxış etməsin deyə, bu maddədə Dağlıq Qarabağa dəxli olmayan Qazax rayonu ilə bağlı müddəa məqsədyönlü şəkildə razılaşma mətnindən çıxarılmış və həmin maddə bu redaktədə verilmişdir: 2. Агдамский район возвращается Азербайджанской Республике до 20 ноября 2020 года. Üçüncü, dördüncü və beşinci maddələr də hər iki variantda tamamilə eyni və identikdir. Artıq qeyd etdiyimiz kimi, ilkin və son variantlar arasındakı əsas və ya başlıca fərq altıncı maddədə müşahidə olunur. Altıncı maddə ilkin variantda belə idi: 6. Республика Армения до 15 ноября 2020 года возвращает Азербайджанской Республике Кельбаджарский район, а до 1 декабря 2020 года — Лачинский район, оставляя при этом за собой Лачинский коридор (шириной 5 км), который будет обеспечивать связь Нагорного Карабаха с Арменией и при этом не будет затрагивать г. Шушу. По согласованию Сторон в ближайшие три года будет определен план строительства нового маршрута движения по Лачинскому коридору, обеспечивающий связь между Степанакертом и Арменией, с последующей передислокацией российского миротворческого контингента для охраны этого маршрута. Азербайджанская Республика гарантирует безопасность движения по Лачинскому коридору граждан, транспортных средств и грузов в обоих направлениях. Əgər razılaşma mətnində altıncı maddə bu redaktə ilə verilsəydi, o halda Лачин коридор-unun və Степанакерт-in Ermənistana məxsus olduğu təsdiq və qəbul edilmiş olacaqdı. İkinci bir tərəfdən də, razılaşmanın qüvvədə olduğu 5 il ərzində Rusiyadan gələn sülhməramlıların yerləşdiyi bu şəhərin adının Степанакерт deyil, Xankəndi olduğunu onlara başa salmaq və qəbul etdirmək, o qədər də asan olmayacaqdı. Azərbaycan Respublikası Prezidentinin direktivləri və diplomatik heyətin israrı, təkidi ilə razılaşma mətnində altıncı maddə bu redaktədə verilmişdir: 6. Республика Армения до 15 ноября 2020 года возвращает Азербайджанской Республике Кельбаджарский район, а до 1 декабря 2020 года — Лачинский район. Лачинский коридор (шириной 5 км), который будет обеспечивать связь Нагорного Карабаха с Арменией и при этом не будет затрагивать г. Шушу, остается под контролем миротворческого контингента Российской Федерации. По согласованию Сторон в ближайшие три года будет определен план строительства нового маршрута движения по Лачинскому коридору, обеспечивающий связь между Нагорным Карабахом и Арменией, с последующей передислокацией российского миротворческого контингента для охраны этого маршрута. Азербайджанская Республика гарантирует безопасность движения по Лачинскому коридору граждан, транспортных средств и грузов в обоих направлениях. Azərbaycan Respublikası Prezidentinin və diplomatik heyətinin israrı, təkidi ilə razılaşma mətnində verilən bu variantda isə yalnız o ifadə edilir ki, Laçın dəhlizindən Ermənistan ilə Dağlıq Qarabağı birləşdirən yol keçir və bu yol Rusiya sülhməramlılarının nəzarəti altındadır. Amma, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkət təhlükəsizliyinə Azərbaycan Respublikası təminat verir. Bu müddəani belə başa düşmək lazımdır ki, vətəndaş olmayan şəxslərin bu yolda hərəkətinə icazə verib-verməmək tamamilə Azərbaycanın səlahiyyətindədir. Yeddinci maddə hər iki variantda tamamilə eyni və identikdir. Səkkizinci maddəyə redaktə xarakterli bir əlavə edilmişdir: 8. Производится обмен военнопленными, заложниками и другими удерживаемыми лицами и телами погибших. Doqquzuncu maddəyə də redaktə xarakterli bir əlavə edilmişdir: 9. Разблокируются все экономические и транспортные связи в регионе. Республика Армения гарантирует безопасность транспортного сообщения между западными районами Азербайджанской Республики и Нахичеванской Автономной Республикой с целью организации беспрепятственного движения граждан, транспортных средств и грузов в обоих направлениях. Контроль за транспортным сообщением осуществляют органы Пограничной службы ФСБ России. По согласованию Сторон будет обеспечено строительство новых транспортных коммуникаций, связывающих Нахичеванскую Автономную Республику с западными районами Азербайджана. Bütün bunlar bu günün reallığıdır. Qarabağın bugünkü şanlı tarixini yazanlar bizlərik: vahid və bütöv Azərbaycan xalqıdır, Ali Baş Komandanının rəhbərliyi altında qələbələrə imza atan Azərbaycan Milli Ordusu və Ölkə Prezidentinin direktivlərini həyata keçirən Azərbaycan diplomatik korpusu. QARABAĞIN VƏ AZƏRBAYCANIN SABAHI Biz sabahımızın etibarlı əllərdə olduğuna inanırıq və qəti şəkildə əminik ki, bu mənəvi birlik, bu yenilməz ordu, bu siyasi iqtidar var olduqca, heç bir düşmən bizə qalib gələ bilməz. Biz sülh tərəfdarıyıq, müharibə istəmirik. Amma bizə hücum edənlərin cavabını verməyə, kəm baxanların gözünü ovmağa həmişə hazırıq. Bu gün - 20.11.2020-ci ildə Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı Sülhməramlıların fəaliyyəti ilə bağlı videokonfrans keçirdi. Bizcə, orada müzakirə edilən bəzi məsələlər sülhməramlı kontingent səlahiyyətlərini aşır. Rusiya özünü külli ixtiyar sahibi olan ev yiyəsi kimi aparır. Bütün vasitələrdən istifadə edərək daha çox ermənini Qarabağa gətirməyə çalışır və buna nail olur. Qarabağın və Azərbaycanın sabahını da Azərbaycan xalqı və dövləti olaraq biz müəyyən edirik və edəcəyik. Müxtəlif “məramlılar” sürü-sürü, dəstə-dəstə üstümüzə gəlsə də, dünyanın o başından var səsi ilə ..... .., müxtəlif bəyanatlar versə də, son qərar bu millətin və bu dövlətindir! Yəni bizimdir! Qarabağın, eləcə də Azərbaycanın gələcəyini bizim bugünkü davranışlarımız və qərarlarımız həll edir. Sabahımız naminə bu gün aşağıdakı məsələlərə xüsusi diqqət ayırmalı və təcili tədbirlər görməliyik: 1. “Sülhməramlı” və ya digər “məramlı” adı altında, Minsk qrupu nümayəndəsi, Birləşmiş Millətlər, Beynəlxalq Qaçqınlar Komitəsi, müxtəlif İnsan Hüquqları təmsilçiləri və sair ictimai birlik və ya qeyri-dövlət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri və başqa adlar altında Qarabağa, yəni Azərbaycana kimlərin, hansı yolla və nə məqsədlə gəldiyini müəyyən etməli və müvafiq tədbirlər görməliyik. 2. Kim olmasına və hansı qurumdan olmasına baxmayaraq, Ermənistan ərazisindən keçərək Azərbaycana gəlmək istəyən heç kəsə belə bir icazə verməməliyik; kimliyindən asılı olmayaraq Qarabağa və ya Azərbaycanın digər torpaqlarına icazəsiz girən istənilən şəxsi sərhəd pozucusu kimi həbs etməliyik, haqqında qanuni tədbir görməliyik və ya onu ölkə ərazisindən deportasiya etməliyik, müəyyən müddət ərzində onun ölkəyə təkrar gəlişinə qadağa qoymalıyıq. 3. Azərbaycan vətəndaşı kimi Qarabağ ərazisinə və Azərbaycanın digər torpaqlarına daimi yaşamaq məqsədi ilə gələn və erməni millətindən olan şəxsləri hüquq mühafizə və milli təhlükəsizlik orqanlarımızın köməyi ilə ciddi yoxlamadan keçirilməliyik; yalnız işğala qədər Qarabağda yaşamış olan şəxslərə onların övladlarına və ailə üzvlərinə Azərbaycanda yaşamağa icazə verməliyik; şübhəli şəxsləri dərhal təcridxanalara yerləşdirməli, onların keçmişini araşdırmalı, ölkə vətəndaşı olmadığı müəyyən edilən şəxsləri dərhal ölkədən deportasiya etməli, Azərbaycan xalqı və dövlətinə qarşı hər hansı fəaliyyətdə olmuş şəxsləri isə, qanuni məsuliyyətə cəlb etməliyik. / 4. Azərbaycan vətəndaşı olmayan və qonaq, yaxud da turist qismində Qarabağ ərazisinə gəlmək istəyən şəxslərə vəziyyət tam stabilləşənə qədər belə bir icazə verməməliyik, həmin ərazidə belə şəxsləri müəyyən etdikdə onları dərhal bu regiondan çıxarılmalı və ya rəsmi şəkildə ölkədən deportasiya etməliyik. 5. Qanuni yollarla Qarabağa getməsinə Azərbaycan hökuməti tərəfindən rəsmi şəkildə icazə verilən şəxsləri, imkan daxilində, əvvəlcə erməni vandallığını nümayiş etdirən yerlərə aparmalıyıq, erməni vəhşiliyinin izlərini onlara göstərməliyik və yalnız bundan sonra onların Qarabağa getməsinə köməklik göstərməliyik. Biz qəti şəkildə əminik ki, bu və bir sıra digər tədbirlərə əməl etməklə Qarabağın və eləcə də Azərbaycanın gələcəyini Azərbaycan millət və dövləti olaraq biz müəyyən edirik və edəcəyik.
© 2020 - Created by İLK XEBER.