Azərbaycanın Baş naziri Əli Əsədovun qohumu - baş leytenant İbrahimli Adil Asam oğlu Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Virtualaz.org qeyd edir ki, Azərbaycan Baş naziri Əli Əsədovun yeddi qohumu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə birbaşa iştirak edib. Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Azərbaycanın mənəvi paytaxtı Şuşa şəhərinin azad edildiyini elan edib.
© 2020 - Created by İLK XEBER.