Anamın qucağında gözü yaşlı, bağrı dəlinmiş tərk etdim səni, Vətən! Sənə olan sevgim mənlə bərabər içimdə böyüdü, böyüdü, boyumu aşdı, köksümə sığmadı. Unutmadım səni! Gələrkən nəyin var, gözümə yığıb gətirmişdim, onutmadım səni, Vətən. Anamın qucağında ayaqyalın, baş açıq, donmuş halda tərk etdim səni, Vətən! Yolda səsim çıxmasın deyə, erməni əlinə keçməyək deyə anam neçə dəfə boğdu məni. Amma mən ölmədim. Böyüdüm. Çıxarkən erməniyə olan nifrətimi yığdım ürəyimə, içimdə erməniyə olan nifrətim mənlə birlikdə böyüdü, böyüsü, köksümə siğmadı. Babamın kürəyində tərk etmişdim səni, Vətən! Babamı dağı qalxarkən vurdular, kürəyindən yumalanıb dərəyə düşdüm. 3 gün orda qaldım . Ölmədim. Məni tapdılar. Bir əsgər qoltuğunda tərk etdim səni, Vətən! Ürəyimdə əsgər olmaq arzusu boy atdı. Böyüdü-böyüdü, köksümə sığmadı, Vətən. Nənəmin qoynunda tərk etdim səni, Vətən! Meşələrdə günlərlə ac-yalavac qaldım. Ölmədim, yaşadım! Yaşamaq eşqilə, qələbə çalmaq yanğısıyla tərk etdim səni, Vətən! Ürəyimdə qayıdacağımıza, qələbəyə inamı özümlə böyütdüm, böyütdüm köksümə sığmadı, Vətən! Atamı vurdular, anamı vurdular, nənəmi-babamı öldürdülər, evimizi gözlərim qarşısında yandırdılar! Məni əsir götürdülər! Sonra məni xilas etdi Vətən oğulları! O zaman mən də əsirlikdə qalan anam Vətəni xilas edəcəyimə and içdim ürəyimdə! O andım içərimdə böyüdü, böyüdü, köksümə siğmadı! Qeyrət oldu, Şərəf oldu, tanka döndü, raket oldu, PUA oldu, “İtiqovan”a döndü! Hücuma keçdi inamla, cəsarərlə, vətənə sevgiylə, məhəbbətlə! Qarşısını kəsə bilmədilər! Qovdu bütün itləri torpağımdan, iti qovan kimi! Mən əsgərəm! Azərbaycan əsgəri! Odda yanmış, suda donmuş, ölüb-dirilmiş, zindanlarda döyülüb bərkimiş əsgər! Amamızın qucağında, babamızın kürəyində, nənəmizin qoynunda, bir əsgərin qoltuğunda tərk etdik səni, Vətən! İndi tank üstündə, havada, quruda, puada, raketdə, itqovanla qayıdırıq sənə, Vətən! Mən əsgərəm! Şərəfli tarix yazan əsgər! Sənə qayıdıram, Vətən!
© 2020 - Created by İLK XEBER.